Modern.az

“Skripal işi” ilə bağlı şok DETAL

“Skripal işi” ilə bağlı şok DETAL

Dünya

16 Mart 2018, 14:19

Skripal və onun qızının zəhərləməsinə səbəb olan maddə qızının çantasında olub. Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Qəzet bu məlumatı xüsusi xidmət orqanlarındakı informasiya mənbəyinə istinadən yayıb.

 

“Onlar (xüsusi xidmət orqanları) əmindirlər ki, “Noviçok” zəhərləyici maddəsi Skripalın 33 yaşlı qızı Yuli Skripalın çantasında gizlədilib” – deyə mənbə rəy bildirib.

Qəzetin məlumatına görə hadisə nəticəsində ağır zərər çəkmiş polis nəfəri Nik Beyli, hadisə yerində yox, Skripalın mənzilində bu zəhərə məruz qala bilərdi. Və beləliklə Yulinin bu maddəni martın 3-də Rusiyadan Britaniyaya gəldiyi zaman özü ilə bilmədən gətirə biləcəyi ehtimal olunur. Zəhərin kosmetik vasitə və ya paltara işlənməsi ehtimalı nəzərdən keçilir.

Qəzetin digər bir informasiya mənbəyinin məlumatına görə isə, canilər çox asanlıqla Yuli Skripalın Moskvadakı mənzilinə sızıb bu zəhəri onun əşyalarında gizlədə bilərdilər.

Bu hadisədən sonra Ueltşir Qraflığının polis idarəsi daha 131 nəfərin bu maddə ilə təmas ehtimalını nəzərdən keçirir. Hadisədən sonra artıq 46 nəfərin zəhərlə təmasdan şübhə ilə xsətəxanalara müraciət etdikləri bildirilir.

 

Qeyd edək ki, martın 4-də Britaniyanın Ultşir Qraflığında yerləşən Solsberi şəhrində Britaniyanın xeyrinə cəsusluq etmiş “QRU”nun eks polkovniki Sergey Skripal və onun qızı səhər saatlarında parkda huşsuz vəziyyətdə tapılıb. Daha sonra onların zəhərləndiyi məlum olub və zərərçəkmişlər koma vəziyyətində reanimasiyaya götürülüb.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü