Modern.az

Sığorta bazarında son durum - RƏSMİ 

Sığorta bazarında son durum - RƏSMİ 

Aktual

19 Mart 2018, 17:32

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-fevral ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında məlumatları açıqlayıb.

 

Palatadan Modern.az-a verilən məlumata görə, hesabat dövründə 106,779.4 min manat sığorta haqqı üzrə 29,637.9 min manat sığorta ödənişi həyata keçirilib.

Həyatın yaşam sığortası üzrə 27,785.4 min manat sığorta haqqından 16,461.9 min manat sığorta ödənişi, həyatın ölüm halından sığortası 8,083.0 min manat sığorta haqqından 148.3 min manat sığorta haqqı ödənilib.

 

Əmək qabiliyyətinin sığortası 341.1 min manat, sağalmaz xəstəliklərdən sığortası 15.1 min manat olduğu halda, sığorta ödənişləri olmayıb.
Qeyri-həyat sığortası üzrə, o cümlədən tibbi sığorta 43,646.1 min manat sığorta haqqı müəyyən edilib, 10,549.7 min manat ödəniş həyata keçirilib. Xaricə səfər edən vətəndaşların sığortası 429.3 min manat müəyyən edilib, ödəniş 15.5 min manat olub. Fərdi qəza və xəstəlik sığortası 428.9 min manat olduğu halda, 35.3 min manat ödəniş edilib.

 

Digər kateqoriyalar üzrə məlumatlarla aşağıdakı cədvəldən tanış ola bilrəsiniz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı