Modern.az

Azərbaycandakı maşınların 67%-nin yaşı 10 ildən yuxarıdır

Azərbaycandakı maşınların 67%-nin yaşı 10 ildən yuxarıdır

İqtisadiyyat

21 Mart 2018, 15:44

Azərbaycanda avtomobil parkının yaşı ilə bağlı statistika açıqlanıb.

Modern.az saytı xəbər verir ki, bununla bağlı rəqəmləri şərh edən iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, hazırda Azərbaycanda minik avtomobili parkının cəmi 12.5%-i 5 ilə qədər olan maşınlardır. 2012-2013-cü illərdə isə bu göstərici 14% ətrafında olub.

“Böhranın təzə maşın idxalını azaltması öz təsirini göstərib. 
Müqayisə üçün deyim ki, 5 ilə qədər yaşı olan minik maşınlarının ümumi avtoparkda payı hazırda Rusiyada 27%, Avropada 32-33% ətrafındadı.
Azərbaycanda istismar müddəti 10 ildən çox olan maşınlarn ümumi parkda payı 67% təşkil edir. 3 il əvvəl 65% olub.
Bu göstərici Rusiyada 48%, Avropada 36% ətrafındadı...”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı