Modern.az

"Moskva" seriyasından ilk metro qatarı Bakıya yola salındı

İqtisadiyyat

21 Mart 2018, 20:14

Rusiyanın "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyəti Azərbaycana "Moskva" seriyasından ilk metro qatarını yola salıb.

Modern.az xəbər verir ki,  bu barədə Səhmdar Cəmiyyətinin yaydığı məlumatda deyilir.

Rusiyanın"Transmaşholdinq"in tərkibinə olan ASC "Metrovaqonmaş" şirkətinin Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb.

İkinci qatarın bu ilin aprel ayında Bakıya çatdırılması nəzərdə tutulur. Vaqonların istismar müddəti 31 ildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü