Modern.az

Azərbaycanda qeyri-neft sektorunun payı 65 %-ə çatıb

Azərbaycanda qeyri-neft sektorunun payı 65 %-ə çatıb

Aktual

24 Mart 2018, 12:34

Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili məlumat verib.

 

Deputatın sözlərinə görə, hazırda iqtisadiyyatın 65 %-ə yaxını qeyri-neft sektorunun hesabına formalaşır.


T.Mirkişili bildirib ki, ötən dövr ərzində ÜDM 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb.


O, həmçinin əsas kapitala yönəlmiş investisiyaların 3 dəfə artdığını, işsizlik səviyyəsinin 9,2 %-dən 5 %-ədək azaldığını, əhalinin nominal gəlirlərinin 8,6 dəfə artdığını vurğulayıb.


T.Mirkişili son 15 ildə iqtisadiyyatın artımını inforqrafikada əks etdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü