23 aprel 2018, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - İlham Əliyev: “Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik”
İlham Əliyev: “Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik”
29.03.2018, 13:51

Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda nitq söyləyib.

Modern.az ölkə başçısının çıxışının tam mətnini təqdim edir:

-Hörmətli cənab Prezident Həsən Ruhani.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Prezident Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatır. Tam əminliklə demək olar ki, səfər çox uğurlu keçib və səfərin çox gözəl nəticələri vardır.

İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir.

Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır.

Biz dünən ticarət əlaqələrinin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Hesab edirik ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var.

Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaqdır.

Hesab edirəm ki, biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik, bunu edirik. Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaqdır. Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, - çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək, - eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq. Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik. 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilmişdir. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilmişdir. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər.

Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə. Burada həm əlbəttə ki, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır.

Nəqliyyat sahəsində. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə yaxşı gəlir gətirəcəkdir.

Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab Prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb.

Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir.

Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilibdir. Bunu biz etmişik, özü də qısa müddət ərzində.

Mən bir daha həmkarıma, cənab Həsən Ruhaniyə Azərbaycana göstərdiyi diqqətə, xoş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır və biz hamımız bunun şahidi olacağıq. Sağ olun.

X X X

Biznes forumda nitq söyləyən İran Prezidenti Həsən RUHANİ xalqlarımızın dini, tarixi və adət-ənənələr baxımından olduqca bir-birinə yaxın olduğunu dedi. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın, həmçinin, müştərək fəaliyyətimizin bütün regionun xeyrinə olduğunu bildirdi. Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin bütün region və dünya üçün faydalı olduğunu deyərək bu səfərin tarixi qərarların qəbul edilməsi ilə nəticələndiyini, bütün bunların xalqlarımızın rifahına xidmət edəcəyini vurğuladı, Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumun əhəmiyyətindən danışdı, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən Həsən Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyini əminliyini ifadə etdi. Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Həsən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışdı. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. İran Prezidenti ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğuladı, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirdi. “Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır” deyən Həsən Ruhani iş adamlarına müraciət edərək onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırdı.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək
23.04.2018, 09:13

Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək

Şimali Koreyada turist avtobusu aşdı - 30 ölü
23.04.2018, 09:09

Şimali Koreyada turist avtobusu aşdı - 30 ölü

Manatın bugünkü MƏZƏNNƏSİ
23.04.2018, 08:42

Manatın bugünkü MƏZƏNNƏSİ

Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
23.04.2018, 00:41

Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar

Abid Şərifovun səhhəti pisləşdi – TƏCİLİ
23.04.2018, 00:28

Abid Şərifovun səhhəti pisləşdi – TƏCİLİ

Hüseyn Abdullayev Türkiyədə həbs edilib - Bakıya gətirildi
23.04.2018, 00:26

Hüseyn Abdullayev Türkiyədə həbs edilib - Bakıya gətirildi

Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü
23.04.2018, 00:09

Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü

ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi
23.04.2018, 00:04

ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi

Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir   
22.04.2018, 23:21

Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir  

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb
22.04.2018, 23:09

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb

"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri 
22.04.2018, 22:36

"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri 

Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB
22.04.2018, 22:32

Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”   
22.04.2018, 22:24

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”  

Qurbanovun yeni rekordu - Mircavadova çatdı 
22.04.2018, 21:51

Qurbanovun yeni rekordu - Mircavadova çatdı 

Alim-Hakim Hacıbala
22.04.2018, 21:30

Alim-Hakim Hacıbala

Jurnalisti canlı yayımda güllələdilər
22.04.2018, 21:12

Jurnalisti canlı yayımda güllələdilər

“Qarabağ” 5-ci dəfə Azərbaycan çempionu oldu
22.04.2018, 21:03

Qarabağ 5-ci dəfə Azərbaycan çempionu oldu

Rezidentura təhsilini verəcək  müəssisələrin adları müəyyənləşib
22.04.2018, 20:37

Rezidentura təhsilini verəcək  müəssisələrin adları müəyyənləşib

Dövlət qulluğuna qəbul üçün test imtahanlarının nəticələri məlum oldu
22.04.2018, 20:28

Dövlət qulluğuna qəbul üçün test imtahanlarının nəticələri məlum oldu

Erməni artistlər fəxri adlardan imtına edirlər
22.04.2018, 20:15

Erməni artistlər fəxri adlardan imtına edirlər

Goranboyda avtomobil aşdı - 2 nəfər yaralandı
22.04.2018, 17:40

Goranboyda avtomobil aşdı - 2 nəfər yaralandı

Deputatdan ÇAĞIRIŞ: “Bu gün kimisə “Facebook” üzərindən vəzifəyə təyin etmirlər”
22.04.2018, 17:24

Deputatdan ÇAĞIRIŞ: “Bu gün kimisə “Facebook” üzərindən vəzifəyə təyin etmirlər”

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb
22.04.2018, 17:15

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb

Burundidə partlayış, ölən və xasarət alanlar var
22.04.2018, 17:02

Burundidə partlayış, ölən və xasarət alanlar var

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğradı: 25 yaralı
22.04.2018, 16:36

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğradı: 25 yaralı

ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
22.04.2018, 15:55

ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Şəkidə zəncirvarı yol qəzası: 6 nəfər xəsarət alıb
22.04.2018, 15:33

Şəkidə zəncirvarı yol qəzası: 6 nəfər xəsarət alıb

İnzibati vəzifələrə qəbul olmaq istəyənlər imtahan verib
22.04.2018, 14:50

İnzibati vəzifələrə qəbul olmaq istəyənlər imtahan verib

Oğlu Zeynəb Xanlarovanın adından danışdı: “Yeni Baş nazirə görə çox şad oldu”
22.04.2018, 14:36

Oğlu Zeynəb Xanlarovanın adından danışdı: “Yeni Baş nazirə görə çox şad oldu”

Sabahın HAVASI
22.04.2018, 14:16

Sabahın HAVASI

Metroda intihar edən qadının kimliyi məlum olub 
22.04.2018, 14:13

Metroda intihar edən qadının kimliyi məlum olub 

Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı
22.04.2018, 13:23

Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”
22.04.2018, 13:20

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”

Qaradağda palçıq vulkanı püskürüb - FOTO
22.04.2018, 12:23

Qaradağda palçıq vulkanı püskürüb - FOTO

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb
22.04.2018, 12:19

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(8.92%)
İmtahan qiymətləri normalıdr(5.35%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(71.4%)
İmtahan qiymətləri azaldılmalıdır(3.57%)
İmtahan qiymətləri artırılmalıdır(10.7%)