Modern.az

Kökdən gələn bütövlük - Kazım Abdullayev kimdir…  

Kökdən gələn bütövlük - Kazım Abdullayev kimdir…  

Ədəbi̇yyat

4 Aprel 2018, 09:06

( Portret cizgiləri)
 

Eşidəndə  ki, tanınmış aktyor Kazım Avdullayevin 65 yaşı tamam olur,  fikirləşdim ki, «ay Tanrı illər nə tez gəlib keçdi?..»

Doğrudan da həyat bir göz qırpımında gəlib keçir, amma bizim demək olar ki, heç nədən xəbərimiz olmur… İstəsək də, istəməsək də bununla barışmalıyıq. Amma xoş  o adamın halına ki, həyatını mənalı, hamıya  gərək olan kimi yaşayır... Maraqlı tarixə baxın ki, Kazım Abdullayevin keçdiyi həmin bu mənalı yolu da Beynəlxalq teatr günündə- 27 mart tarixində kino lenti kimi beynimdən keçirtdim…


… Onunla bizim tanışlığımızın, dostluğumuzun uzun tarixçəsi var. Bu tanışlıq, dostluq hələ ali məktəb illərindən başlayıb və artıq 50  ilə yaxındır ki, bir yol gedirik. Çox maraqlı, çətin və dəfələrlə sınanmış mənalı bir yol. Bu illər ərzində mən Kazım  Ənvər oğlu Abdullayevi hər əməlində pak, təmiz və dosta sədaqətli görmüşəm. O, bütöv insandır. Bunu yaxın dostum olduğuna görə demirəm. Bu həqiqətən də belədir. Ona görə də aktyor kimi oynadığı hər bir rolu da bütöv və dolğundur.  Mən bu illərdə görmüşəm ki, Kazım hansı işdən yapışıbsa, çalışıb  o işi layiqinjə və yüksək səviyyədə yerinə yetirsin. İlk növbədə mən onu oynadığı rollarda öz  işinə jan yandıran, böyük zəhəmət çəkən, özünü istdedadının, səhnə üçün lazım olan uja boyunun, mənalı fikirlər ifadə edən iri gözlərinin, nurani sifət jizgilərinin arxasında gizlətməyən,  oynadığı rol üçün böyük zəhmət çəkən, «yoruldum» deməyərək işlədiyinin, səhnədə həmin rolu obraz səviyyəsinə qaldırmaq üçün jiddi-jəhtlə çalışdığının həmişə şahidi olmuşam. O, həyatı boyu yalnız özünə, öz istedadına, zəhmətinə inanıb və özünə güvənib.

Kazım həddindən artıq sadə, ürəyi yumuşaq, pak, həttə öz düşməninə belə kin saxlamağı bajarmayan insandır.


Dahi şairmiz  Əfzələddin Xaqaninin məhz bu sözlərini bütövlükdə Kazım Abdullaeevə aid etmək olar.


İstəsən güzgü tək saf olsun ürək,

Sinədən on şeyi atasan gərək.

Haram, qiybət, kin, paxıllıq, tamah,

Kibr, riya, həsəd, ədavət, kələk.


Əlbəttə, insan üçün bu naqis on jəhətin Kazımda olmaması da kökdən, ailədən gəlir. Bu bütövlüyü həmişə onların ailəsində, valideyinlərində də görmüşəm.


O, Bakının Balaxanı qəsəbəsində 1953- jü ilin aprel ayının 6- da anadan olub. Atası Ənvər kişini həmişə biz, Kazımın dostları javanlıq illərindən özümüzə ağsaqqal, böyük bilmişik. Onun ağıllı məsləhətlərinə, müdrik fikirlərinə diqqətlə qulaq asmışıq. Özü böyük zəhmətkeş, öz  zəhməti ilə uşqlarını dolandıran rəhmətlik Ənvər kişi lap körpə yaşlarından övladlarına da  zəhmətkeş,  xeyirxah, mərd olmağı öyrədib. Hətta övladlarının dostlarına da yaxşı nəsihətələr verib. Mən və rəhmətlik Şahmar Qəribli dəfələrlə onun məsləhətlərini, nəsihətlərini özümüz üçün əxz eləyib, həyatda tətbiq etmişik və həmişə də xeyrini görmüşük.


Kazım orta məktəbi bitirən kimi, 17 yaşında Mirzəağa Əliyev adına Azərbayjan Dövlət İnjəsənət İnstitutunun (indki Dövlət Mədəniyyət və İnjəsənət Universiteti)  dram və kino aktyorluğu fakültəsinə daxil olub. Özü də SSRİ Xalq Artisti, Azərbayjan teatrında öz məktəbini yaratmış, uzun illər Akademik Milli Dram Teatra rəhbərlik etmiş Adil İsgəndərovun sinifinə. Deməli, ailədə aldığı tərbiyənin davamını Kazım, tələbəlik illərində böyük şəxsiyyət, böyük recissor və böyük teatr xadimi Adil İsgəndərovdan alıb. İndi özünüz fikirləşin. Həyat və teatr tərbiyəsini belə iki müdrik şəxiyyətdən, xeyirxah insanlardan alan nejə ola bilər? Belə insanda kin - küdurət, paxıllıq, qısqanjlıq, pis  əməl nejə ola bilər? Bax buna görə də Kazım, özünün bütöv xarakterinə, heç kimə həsəd aparmadığına görə sənət aləmində uğurla irəliləyib. Həm aktyor yoldaşalırının, həm də recissorların sevimlisi olub.


Tale elə gətirib ki, biz ali məktəb illərindən sonra 1976- jı ildən Hüseyn Ərəblinski adına Sumqayıt  Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışıq. O, yanvar ayından, mən isə  fevral ayından. Yataqxanada bir otaqda qalmış, rəhmətlik Şahmar Qəribli, Kazım və mən. Həm də çoxlu tamaşalarda tərəf müqabili olmuşuq. Sonra mən recissor kimi fəaliyyətə başlayanda teatrda ilk işlərimdən biri olan, quruluş verdiyim Jamal Yusifzadənin «Səhər qatarı» tamaşasında Kazım Abdullayev Manaf rolunda böyük uğurla çıxış  edib. Artıq peşəkar recissor kimi işlədiyim dövrdə  Georgi Xuqayevin «Varlı ev» fajiəsində Beçir, Akif Həsənoğlunun «Yanmış evin nağılı» əsərində Həmid, müəllifi mən özüm olduğum «Şah İsmayıl» tarixi fajiəsində Dədə bəy rollarında çox uğarla çıxış etməsini gördükdə dostumin bir aktyor kimi peşəkarlığına, roldan-rola inkişafına çox sevinmişəm. Məhz buna görə də onunla bağlı dünya klassiklərinin bir neçə pyesini repertuara salmağı planlaşdırmışam. Hətta Ulyam Şekspirin «Korialan» pyesini Azərbaysan dilinə məhz Kazım Abdullayevə görə tərsümə etdirmişəm. Amma həmin vaxtı Azərbayjan Mədəniyyət Nazirliyi bu tamaşanı hazırlımıq üçün dövlət sifarişi kimi teatrımıza pul ayırmıdığına görə bu arzumuz reallaşmayıb…


Ümumiyyətlə Sumqayıt teatrda işlədiyi iyirmi il müddətində otuzdan artıq rollarda oynayıb Kazım Abdullayev. Həm də oynadığı rollar da bir-birinə bənzəməyib. Bir-birinin təkrarı olmayıb. O, dramatik rolu da, komik, fajiəvi, qrotesk formalı rolları da çox məharətlə, peşəkarlıqla  ifa edib. Yəni Kazım Abdullayev elə bir aktyordur, elə bir səhnə ustasıdır ki, onun üçün canr və amplua söhbəti yoxdur. Təsəvvür edin ki, o, bu gün Jəfər Jabbarlının «Oktay Eloğlu» tamaşasında çox dramatik, romantik rol olan Oqtayı oynayır, sabah Şamo Arifin «Qınamayın məni» tamaşasında kişilik müjəssəməsi Kəlbi Kəhər olur, o biri gün isə bu rolların tam əksi olan Anarın «Adamın adamı» səhnə əsərində Fağır Bağırı oynayır. Sonra  isə  Ağalar İdrisoğlunun «Şah İsmayıl» tamaşasında sərkərdə, qoşun başçısı Dədə bəy olur. Bax belə məqamlarda aktyorun roldan-rola başqalaşmasını, dolğun obrazlar yaratmasını həm tərəf müqabilləri, həm recissorlar və həm də tamaşaçılar çox aydın görür və aktyoru demək olar ki, oynadığı hər epizodda alqışlayırdılar. Əlbəttə, bu ustalıq da təkjə aktyorun fitri istedadından yox, həm də böyük zəhmətkeşliyindən, recissorlara  diqqətlə qulaq asmasından, özündən razı olmamasından, daim öz üzərində işləməsindən və peşəkarlığından irəli gəlirdi.

Artıq 1989- ju ildən mən Hüseyn Ərəblinski adına Smuqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etdiyim vaxtlarda Kazım Abdullayev teatrın aparıjı aktyoru idi və recissorlar məhz onun oynaması üçün, ona uyğun  əsərlər seçib, repertuara daxil etdirirdilər. Həm bu tamaşalarda Kazım Abdullayev bir akytor kimi püxtələşir, həm teatrın repertuarı maraqlı əsərlərlə zəngin olur və həm də onun oyununa baxmaq üçün tamaşaçılar teatra tez-tez gəlirdilər. Çünki Kazım Abdullayev Sumqayıt tamaşaçılarının ən sevimli aktyorlarından biri idi. Onun özünün çoxlu tamaşaçıları vardı. Hətta onun elə tamaşaçıları vardı ki, Kazımın oynadığı rolların sözlərni əzbər bilirdilər. Məgər bu, elə aktyorun böyük qələbəsi demək deyilmi?


Yadımdadır ki, Kazım Abdullayev Akif Həsənoğlunun mənim quruluşumda «Yanmış evin nağılı» tamaşasında  Həmid obrazında çıxış  edən vaxt, daş ürəkli tamaşaçı belə onun istirablarına, sarsıntılarına kövrəlirdi. Bu tamaşa, məmləkətimizdə Qarabağ müharibəsinə həsr olunan ilk peşəkar səhnə əsəri idi. Və burada ermənilərin böyük hiyləsinin qurbanı olan Həmidin həyat yoldaşı və qızları, gavurlar tərəfindən evdə yandırılmışdı. Həmid, axşam erməni kəndlərinə yaxın olan kəndlərini dostları ilə  gavurlardan qoruyub, səhər evə qayadanda və bu fajiə ilə rastlaşanda, aktyor bu səhnəni elə böyük məharətlə yaradırdı ki, tamaşaçılar elə bil heç nəfəslərini də dərmədən onun oyununa, hər bir hərəkətinə  tamaşa edir, monoloqunu dinləyir və həyat yoldaşının, qızlarının surəti ilə danışmasına böyük üzüntülərlə, göz yaşları ilə tamaşa edirdilər. Bu epizodlarda hətta kişilərin tamaşaçı zalında nesə hönkürtü ilə ağlamasının mən dəfələrlə şahidi olurdum. Sonra Həmid özünü toparlayıb, düşməndən intiqam almaq üçün döyüşə atılanda, hamı onu alqışlayırdı.  O vaxt bu tamaşa respublika teatrları arasında Sumqayıt Dövlət Musiqili-Dram Teatrlarında Qarabağ müharibəsi ilə bağlı Azərbayjan teatr tarixində ilk peşəkar səhnə əsəri olduğundan və yüksək peşəkarlıqla hazırlandığına görə Mədəniyyət Nazirliyinin pul mükafatına və Osman Mirzəyev adına respublika mükafatına  layiq görülmüşdü.  Əlbəttə, baş  rolun ifaçısı Kazım Abdullayevin bu tamaşada zəhməti çox böyük idi.

Beləliklə, roldan- rola başqalaşma Kazımın oynadığı hər tamaşada çox aydın görünürdü. O,

Hüseyn Cavidin  « Afət» tamaşasında Ərtoğrulun fajiələrini, Rəşad Nuri Güntəkinin «Müvəqqəti ər» tamaşasında Şadinin maymaqlığını, Mövlud Süleymanlının «Dəyirman» tamaşasında Qızıl oğlanın kef- damaqda olmasını, Jəfər Jabbarlının «Almaz» tamaşasında Fuadın meşşanlığını, Abdulla Şaiqin «Bir saatlıq xəlifə» tamaşasında Harun Ər-Rəşidin özündən razılığını böyük ustalıqla tamaşaçılara göstərə bilirdi. O, bu rolların hər birini obraz səviyyəsinə qaldırmaqla tamaşaçı məhəbbəti qazanırdı. Ona görə də teatr mütəxəssisləri Kazım Abdullayevin oynadığı hər bir rolu yüksək qiymətləndirir və akytorun peşəkarlığından, sənətkar ustalığından razı qalırdılar. Bu haqda respublika mətbuatında da maraqlı ressenziyalar yazılırdı. Bu da teatrın rəhbəri kimi məni Kazım Abdullayevin daha çox inkişaf etməsinə görə və yaxşı rollar oynaması üçün dərindən düşünməyə vadər edirdi. Çünki teatr məhz belə aktyorların çiynində dayanırdı. Tarix boyu  o teatr qazanıb ki, teatr rəhbəri aktyorların inkişafını fikirləşib. Repertuarı çox vaxt belə aktyorlara və zamanın tələbinə uyğun qurub.


Kazım Abdullayev Bakı şəhərində yaşadığına görə və hər gün Bakıdan Sumqayıta gəlib-getmək onu usandırdığından artıq 1996 - jı ilin yanvar ayından taleyini Bakı Bələdiyyə Teatrı ilə bağladı. Əlbəttə, mən onun Sumqayıt teatrından getməsinə çox heyfislənsəm də onun bəzi arqumentləri qarşısında ajiz idim. Çünki o da məhz mərkəzdə, paytaxtda daha çox inkişaf edəjəyini, ailəsinin maliyyə problemlərni orada həll edə biləjəyini fikirləşirdi…


Səkkiz  il Bakı Bələdiyyə Teatrında işlədiyi müddətdə on beşdən artıq rollarda çıxış etdi Kazım Abaullayev. Bu rollar da demək olar ki, hamısı  ya  əsas  baş qəhramanlar, ya da bir-birindən maraqlı xarakterik rollar oldu. Təsəvvür edin aktyor  Can Anuyun «Medeya» tamaşasında Yazon kimi  ağır, xarakterik bir rolldan sonra, Jəlil Məmmədquluzadənin «Ölülər» əsərində  bij, tülək Şeyx Əhmədi ondan da məharətlə oynayırdı. Nəriman Nərimanovun «Nadir Şah» tamaşasında Şah Təhmasiblə, Altay Məmmədovun «Dəli Domrul» əsərindəki Dəli Dondar arasındakı fərq isə tamam başqadır. Maraqlıdır ki, bu rolların heç birində Kazım Abdullayevin həyatdakı xarakterindən əsər- əlamət belə yoxdur. Yəni Kazımı həyatda tanıyanlar onun bu rollarda başqalaşmasına heyrət edirdilər. Ümumiyyətlə həyatda çox mülayim təbiətli olan Kazım Abdullayev səhnədə və eləjə də oynadığı kinofilmlərdə, televiziya filmlərində, televiziya tamaşalarında elə ustalıqla başqalaşır ki, onun oyununa baxmaq tamaşaçı üçün çox maraqlı olur. Hətta dublyac etdiyi rolların xarakterini dəqiq bildiyindən  sözlə xarakteri  elə dolğun ifa edir ki, elə bil həmin aktyor özu Azərbayjan dilində danışır.

Bax bütün bu ustalığına və böyük aktyor olduğuna görə Kazım Abdullayev 2002- ji ildə ulu öndər Heydər Əliyevin sərənjamı ilə Əməkdar Artist fəxri adına layiq görüləndə, bu fəxri adı almasına təkjə onun dostları yox, həm də onunla işləyən recissorlar, tərəf müqabili olan sənət yoldaşları və ən əsası isə onu 1976- jı ildən səhnədə izləyən tamaşaçılar da çox sevinirdilər. Hətta onun telefonunu bilməyən çoxlu tamaşaçılar bizimlə, yəni onun dostları ilə görüşəndə öz təşəkkürlərini, təbriklərini bizim  vasitəmizlə Kazım Abdullayevə çatdırırdılar, ya da mobil telefon nömrəsini alıb özləri zəng vururdular. Bax budur aktyora tamaşaçı sevgisi. Aktyor üçün bundan da böyük mükafat olarmı?


2005- ji ildən Kazım Abdullayevin səhnə taleyində yeni bir yol açıldı. Onu Azərbayjan Akademik Milli Dram Teatrına dəvət etdilər. Dostumuzun bu inkişafına biz də çox sevindik. Onu bu yeni işində, akademik sənət ojağında işləməsinə görə təbrik etdik. Doğrudur başqa teatrlardan bu sənət ojağına gələn aktyorların, recissorların çoxu burada böyük uğurlar qazana bilmir. Çünki ansambıla uyuşmaq, bu teatrın ənənələrinə öyrəşmək çətin olur. Dünya teatr praktikasında belə işlər çox olub. Bir teatrda çox perspektivli aktyor, ya da recissor olan sənətkarlar başqa teatrlarda özlərini layiqinjə doğrulda bilməyiblər.  Amma Kazım Abdullayev bu teatrdakı elə ilk çıxışında Akademik Milli Dram Teatrın kollektivinə qaynayıb - qarışdı. Bu tamaşa Gəlil Məmmədquluzadənin «Ölülər» əsərindəki Hajı Bəxşəli rolu idi. Elə həmin vaxtdan da Kazım Abdullayev teatrın recissorlarının da diqqətini jəlb etdi. Ona bir-birindən maraqlı rollar tapşırıldı. Mən də bu illərdə onu izləmişəm. Oynadığı tamaşalardan- İsmayıl Şıxlının «Ölüləri qəbirstanlıqda bastırın»da Şəmistan Ağa, Əli Əmirlinin «Mesenat»ında Fətəli bəy, Murtuza Muxtarov,  Millerin «Körpüdən mənzərə»də Albert, Elçinin «Teleskop»unda Jənab Mikayıl, İlyas Əfəndiyevin «Hökümdar və qızı»ında İbrahim xan, Saqarelinin «Xanuma»sında Makar, Kuinin «Şorgöz  deputat»ında  Mehmanxana müdiri və başqa onlarja rolları bir- birindən maraqlı və dolğundur. Artıq bu teatrda işlədiyi on üç il müddətindən otuzdan çox tamaşada bir-birindən maraqlı və biri o birini təkrarlamayan obrazlar yaradıb dostumuz. 


Axırıncı beş ildə onun oynadığı- İlyas  Əfəndiyevin “Qarabağnamə”sində  İbrahim xan,  Hüseynbala Mirələmovun  “Gəncə qapiları” nda  Cavad xan,  Hüseyn  Cavidin  “Əmir Teymur” unda Şair Kirmani,  Saqarellinin “Xanuma”sında Makar,  Cəfər Cabbarlının  “Almaz”ında İbad,  Cəlil Məmədquluzadənin “Ölülər”ində Haci Həsən aga, Əli Əmirlinin  “Şah Qacar”ında  Əlibəy rolları aktyorun böyük ustalığından, yüksək sənətkarlığından  xəbər verir.

Həm də bu illərdə onun işi təkjə teatrla bitməyib. Axırınjı 30 illik yaradıjılığında Kazım Abdullayev on beşdən çox kinofilmdə, ondan artıq televiziya filmlərində və televiziya tamaşalarında  çəkilib.


Çəkildiyi son kinofilmlər-  “Secilən” də Zori Babayan, “ Nar bagı” nda Manaf kişi,  Almaniyanın istehsalı olan “Absurdstan” filmində  Çoban, Almaniyanın istehsalı olan kinofilm  “Məhəbbət sərgüzəştləri”ndə Ata rolları tamaşaçıların daha çox xoşuna gəlib.  Azərbaycan Televiziya seriallarında “ Bir ailəm var”  serialında Kamran, “ Dəfnə  agaci” serialında  Əkbər, “Məryəm” serialında  Vidadi müəllim mənə elə gəlir ki, Kazım Abdullayevin ifasında daha bitkin obrazlardır. Ona görə də tamaşaçılar onu bu rollarda çox sevirlər. Onun çəkildiyi Rus seriallarinda-   “ Brak po zaveşaniyu”da Mamed,  “Orujiya”da Haci, “Mı obyavlyayem vam voynu” da Nəzər də maraqlı obrazlardır.


O, təkcə teatrda yox, həm Sumqayıtda və həm də Bakıda çoxlu dövlət tədbirlərində maraqlı çıxışlar edib. O, həm də  peşəkar  teatr sahəsində çalışdığı 43 il müddətində mindən artıq kinofilmləri Azərbayjan dilinə  dublyac  edib. İnanılası olmasa da bu həqiqətdir. Bu da recissorların ona olan inamından irəli gəlir. Bir aktyorun bu qədər rolları dublyac etməsi və hər bir əjnəbi rolun xarakterini, düşünjə tərzini, daxili aləmini Azərbayjan dilində tamaşaçıya dolğunluqla çatdırması yalnız ustad sənətkarlara qismət olur. Bu həm də aktyordan böyük zəhmət, yuxusuz gejələr tələb edir. Bəli. Mən fəxrlə deyə bilərəm ki, dostum Kazım Abdullayev bu gün Azərbayjan teatr və kino sənətində artıq fitri istedadı və böyük zəhməti nətijəsində ustad sənətkar olub. O,  artıq elə bir sənətkardır ki, onun özünün öz  yolu, öz dəsti-xətti var. O, öz yradıjılığı ilə heç kimi təkrar etmədən öz məktəbini yaratmağa çalışır. İnanıram ki, bir vaxt gələjək Kazım Abdullayev öz məktəbini yaratmış sənətkar kimi Azərbayjan teatr tarixində qalajaq.

Kazım Abdullayev 43 illik yaradıcılığında çoxlu mükafatlar alıb. Son vaxtlar isə bu mükafatlara iki sanballı mükafat da əlavə olub. Bu, Cəfər Cabbarlının  “ Almaz” tamaşasindaki  İbad roluna  görə “Cəfər Cabbarli” adina mükafat və Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalıdır.

Aprel ayının 6-da 65 yaşı tamam olacaq Kazım Abdullayevlə yubileyi ərəfəsində görüşdük. Aktyor kimi yeni rollar oynamağa daha böyük həvəsi olan Kazım Abdullayev  axır vaxtlar Akademik Milli Dram Teatrdakı işləri barəsində belə dedi:

-Xalq artisti, ustad rejissor, yaxşı pedaqoq  Azər Paşa Nemətovun teatrımıza rəhbərlik etməsi ilə teatrımızda işlər çox yaxşılaşıb. Artıq teatrımızda yüksək yaradıcılıq atmasferi var. Hər kəs öz işi ilə məşğuldur. Onun və başqa rejissorların bir-birindən maraqlı tamaşalara quruluş verməsi də teatrımıza tamaşaçı marağını daha çox artırıb. Ən əsası odur ki, Azər  Paşa müəllim istedadlı insanlara lazım olan bütün şəraiti yaradır və cavan rejissorları teatra cəlb edir ki, onlar özlərini rejissor kimi sübut eləsinlər. Bundan da yaxşı nə ola bilər?

Kazım Ənvər oğlu Abdullayev həqiqətən  Allah vergisi olan  fitri istedadlı, bütöv xarakterli və böyük zəhmətkeş aktyordur.


Zaman gələjək ki, mənim dediyim bu fkirləri teatr və kino tənqidçiləri də deyəjək və yazajaqlar. Qarşıda isə hələ Kazım Abdullayevi bir-birindən maraqlı çoxlu rollar gözlyir. Sənət aləmində çalışanlar üçün 65 yaş  elə də böyük bir rəqəm deyil. Çünki teatr və kino tarixində elə hadisələr baş verib ki, bu yaşda olan sənətkarlar öz yaradıjılıqları ilə böyük möjüzələr yaradıblar. Biz də Kazım Abdullayevdən bundan sonra sənət aləmində daha böyük möjüzələr gözləyirik. İnanırıq ki, belə də olajaq. Axı mənim dostum belə böyük ustalığa, peşəkarlığa qadir sənəkardır.

Kazım Abdullayevi tamaşaçılar artıq çoxdan Xalq artisti bilir və onu elə də görürlər. Çünki bu  fəxri  ada o, çoxdan layiqdir. Yəqin ki, yüksək rütbəli məmurlar da bu həqiqəti tezliklə reallaşdırajaqlar.

 

Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət  Xadimi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır