21 may 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Enerji sektoruna rəhbərlik edənlər nazirliyə çağırıldılar
Enerji sektoruna rəhbərlik edənlər nazirliyə çağırıldılar
20.04.2018, 13:09

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların icrası ilə bağlı Energetika Nazirliyində kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, Nazirliyin şöbələri və  tabeliyindəki qurumların, eləcə də “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, SOCAR və “Azəriqaz” İB-nin rəhbər və səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda energetika naziri vəzifəsini icra edən  Pərviz Şahbazov dövlət başçısının bir çox sahələr kimi enerji sektorunda da  qarşıdakı dövr üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Pərviz Şahbazov  bildirib ki, ilin sonuna kimi ölkədə qazlaşdırmanın 95 faizə çatdırılması, “Şimal-2” elektrik stansiyasının tikintisinin yekunlaşdırılması, ölkənin inkişafını, əhali artımını, sənayeləşmə prosesini nəzərə alaraq, 5-10 il sonra daxili istehlaka tələbatın proqnozlaşdırılması, xarici enerji bazarlarının təhlili nəticəsində ixrac potensialının müəyyən edilməsi, alternativ və bərpa olunan enerjinin istehsalı sahəsinin təhlili əsasında külək, günəş və su elektrik stansiyalarının tikintisi istiqamətlərində tapşırıqlar verilib. Sadalanan istiqamətlər üzrə mövcud vəziyyətin və imkanların təhlili əsasında birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, tapşırıqların nəzərdə tutulduğu vaxta qədər icrasının mümkünlüyü ifadə edilib. 


Sonra “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkədə generasiya gücləri, orta və uzunmüddətli inkişaf planları, elektrik enerjisinin ixrac perspektivləri, eləcə də “Şimal-2” elektrik stansiyasının tikintisinin gedişatı ilə bağlı məruzə edib. Daha sonra isə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin ölkədə  elektrik enerjisinin təminatı və elektrik şəbəkəsinin mövcud vəziyyəti, daxili istehlakın orta  və uzunmüddətli inkişaf tendensiyası barədə məruzəsi dinlənilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi  və bu sahəyə özəl sektorun cəlbinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.


Bu günlərdə “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərindən biri kimi qiymətləndirilib.


İclasda həmçinin ölkənin qazlaşdırılması çərçivəsində görülən işlərdən bəhs edilib. Qazlaşdırma layihələrinin həyata keçirilməsində dövlət dəstəyinin xüsusi rolu qeyd edilib. Hazırda ölkədə əhali abunəçilərinin qaz təchizatı şəbəkəsi  ilə əhatələnmə  səviyyəsinin 93,9 faizə çatdırıldığını deyən SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bildirib ki,  2018-ci ildə regionların qazlaşdırılması proqramı müvafiq  təkliflər üzrə  hazırlanıb. Proqrama Respublikaının regionlarında 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir. Müzakirələr zamanı qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatı məsələsinə də toxunulub. Maye qazla təminat imkanları nəzərdən keçirilib.


Yekunda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün  müvafiq  tapşırıqlar verilib.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mobil operatora məxsus stansiyadan 5 min manatlıq oğurluq olub
21.05.2018, 20:08

Mobil operatora məxsus stansiyadan 5 min manatlıq oğurluq olub

ABŞ İrana qarşı 12 şərt irəli sürüb
21.05.2018, 19:05

ABŞ İrana qarşı 12 şərt irəli sürüb

Türkiyədə baş məşqçi istefa verdi
21.05.2018, 18:47

Türkiyədə baş məşqçi istefa verdi

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
21.05.2018, 18:43

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Sahil Babayev BƏT-in baş direktoru ilə görüşüb
21.05.2018, 18:34

Sahil Babayev BƏT-in baş direktoru ilə görüşüb

Prokurorluq orqanlarında AXC-nin yaranmasının 100 illiyi qeyd edilib -FOTOLAR
21.05.2018, 18:23

Prokurorluq orqanlarında AXC-nin yaranmasının 100 illiyi qeyd edilib -FOTOLAR

İstanbulda azərbaycanlı kimsəsizlər qəbirstanlığında dəfn olunub
21.05.2018, 18:18

İstanbulda azərbaycanlı kimsəsizlər qəbirstanlığında dəfn olunub

Yusif Eyvazova “Xalq artisti” adı verildi - Sərəncam
21.05.2018, 18:07

Yusif Eyvazova “Xalq artisti” adı verildi - Sərəncam

Prezident Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif etdi
21.05.2018, 18:01

Prezident Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif etdi

ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ
21.05.2018, 17:52

ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ

Azərbaycan vətəndaşı İstanbulda intihar etdi, kimsəsizlər qəbiristanlığında basdırıldı
21.05.2018, 17:48

Azərbaycan vətəndaşı İstanbulda intihar etdi, kimsəsizlər qəbiristanlığında basdırıldı

Sarkisyan istefasından sonra ilk dəfə adam arasına çıxdı – FOTO
21.05.2018, 17:42

Sarkisyan istefasından sonra ilk dəfə adam arasına çıxdı – FOTO

Öz zəkası ilə 5000 ABŞ dolları qazanan azərbaycanlı şagirdlər
21.05.2018, 17:35

Öz zəkası ilə 5000 ABŞ dolları qazanan azərbaycanlı şagirdlər

Azərbaycan və Serbiya prezidentlərinin mətbuata bəyanatları
21.05.2018, 17:18

Azərbaycan və Serbiya prezidentlərinin mətbuata bəyanatları

Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib
21.05.2018, 17:07

Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.05.2018, 17:07

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

ABŞ Çin və Rusiyaya qarşı məxfi plan HAZIRLAYIB
21.05.2018, 17:04

ABŞ Çin və Rusiyaya qarşı məxfi plan HAZIRLAYIB

FHN kafedəki partlayışla bağlı məlumat yaydı - Yaralıların vəziyyəti ağırdır - ADLAR
21.05.2018, 16:56

FHN kafedəki partlayışla bağlı məlumat yaydı - Yaralıların vəziyyəti ağırdır - ADLAR

İçində 130 min olan seyfi aparanlar tutuldular
21.05.2018, 16:44

İçində 130 min olan seyfi aparanlar tutuldular

Bakıda kollecə yeni direktor təyin olunub - DOSYE
21.05.2018, 16:24

Bakıda kollecə yeni direktor təyin olunub - DOSYE

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: ”İstənilən hava hədəflərini məhv etməyə qadirik”
21.05.2018, 16:20

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: ”İstənilən hava hədəflərini məhv etməyə qadirik”

“SABAH qrupları uğurlu modeldir”
21.05.2018, 16:19

“SABAH qrupları uğurlu modeldir”

Abituriyentlərin nəzərinə - sual kitabçalarını əldə edə bilərsiniz!
21.05.2018, 16:17

Abituriyentlərin nəzərinə - sual kitabçalarını əldə edə bilərsiniz!

Havanı zəhərləyən sexi işlədən şəxs cərimələndi
21.05.2018, 16:15

Havanı zəhərləyən sexi işlədən şəxs cərimələndi

Bakıda qəbiristanlıq “goreşənləri” saxlanıldı   
21.05.2018, 16:14

Bakıda qəbiristanlıq “goreşənləri” saxlanıldı  

Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlandı
21.05.2018, 16:06

Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlandı

“Azəriqaz” partlayışın qazdan olduğunu inkar etdi - Hadisədə 2 ölən var   
21.05.2018, 15:56

“Azəriqaz” partlayışın qazdan olduğunu inkar etdi - Hadisədə 2 ölən var  

İranda 800-dən çox adam göbələkdən zəhərləndi - 11 ölü
21.05.2018, 15:52

İranda 800-dən çox adam göbələkdən zəhərləndi - 11 ölü

Azərbaycanlı tələbə Tiflisdə yoxa çıxdı
21.05.2018, 15:47

Azərbaycanlı tələbə Tiflisdə yoxa çıxdı

Yaponlar da Məhəmməd Əmin Rəsulzadənin tədqiqatına maraq göstəriblər
21.05.2018, 15:44

Yaponlar da Məhəmməd Əmin Rəsulzadənin tədqiqatına maraq göstəriblər

İspaniyada yüz minlərlə insan susuz qalıb
21.05.2018, 15:44

İspaniyada yüz minlərlə insan susuz qalıb

Daha bir diaspor təşkilatı Helsinki dinləmələri ilə bağlı bəyanat YAYDI
21.05.2018, 15:38

Daha bir diaspor təşkilatı Helsinki dinləmələri ilə bağlı bəyanat YAYDI

İlham Əliyev Azərbaycan-Serbiya əməkdaşlığı BARƏDƏ...
21.05.2018, 15:26

İlham Əliyev Azərbaycan-Serbiya əməkdaşlığı BARƏDƏ...

Netanyahu: “İran Yaxın Şərqi fəth etmək istəyir”
21.05.2018, 15:21

Netanyahu: “İran Yaxın Şərqi fəth etmək istəyir”

Ermənistan Rusiyadan 170 milyon dollarlıq silah alıb
21.05.2018, 15:15

Ermənistan Rusiyadan 170 milyon dollarlıq silah alıb

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.3%)
Meral Akşener (17.3%)
Rəcəb Tayyip Ərdoğan (60%)
Selahattin Demirtaş (0%)
Temel Karamollaoğlu (0%)
Doğu Perinçek (1.33%)