21 avqust 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Yeni komitə sədri Fuad Muradov - DOSYE 
Yeni komitə sədri Fuad Muradov - DOSYE 
23.04.2018, 21:56

Xəbər verdiyimiz kimi, millət vəkili Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub.

Modern.az onun dosyesini təqdim edir:

Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb.

2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində Sənayedə ətraf mühitin qorunması ixtisası üzrə magistr dərəcəsi alıb.

1999-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin təsisçisi kimi fəaliyyət göstərib.

2003-2004-cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.

2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri işləyib.

2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikası III çağırış MM-in deputatı seçilib. İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malaziya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvü olub.

2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olub. 2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış MM-in deputatı seçilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvüdür.

2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın layihəsini hazırlayan İşçi Qrupunun üzvü olub.

2015-ci ildə üçüncü dəfə millət vəkili seçilib və MM-in Gənclər və idman komitəsinin sədridir.

Bitərəfdir. Evlidir, üç övladı var.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb
21.08.2018, 09:40

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ
21.08.2018, 09:33

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu
21.08.2018, 09:14

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
21.08.2018, 08:50

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu
21.08.2018, 08:38

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb
21.08.2018, 08:29

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
21.08.2018, 08:25

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur
21.08.2018, 08:23

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib
21.08.2018, 01:02

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib

Piyada yol qəzasında öldü
21.08.2018, 00:47

Piyada yol qəzasında öldü

Dənizə düşən qadın 10 saat sağ qaldı
21.08.2018, 00:33

Dənizə düşən qadın 10 saat sağ qaldı

Bitkoin 6.4 min dollaradək bahalaşıb
21.08.2018, 00:20

Bitkoin 6.4 min dollaradək bahalaşıb

Əməkdar artist 77 yaşında vəfat etdi
21.08.2018, 00:06

Əməkdar artist 77 yaşında vəfat etdi

Kvars qol saatlarının yaradıcısı öldü
20.08.2018, 23:53

Kvars qol saatlarının yaradıcısı öldü

Yanğın bir ailəni evsiz qoydu
20.08.2018, 23:36

Yanğın bir ailəni evsiz qoydu

Türkiyə  ABŞ-a qarşı mövqe tutur
20.08.2018, 23:18

Türkiyə  ABŞ-a qarşı mövqe tutur

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi
20.08.2018, 23:04

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi

Okeanda təhlükəli virus
20.08.2018, 22:51

Okeanda təhlükəli virus

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı
20.08.2018, 22:37

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı

Avropa Azərbaycanlıları Konqresi aydınlıq gətirdi
20.08.2018, 22:24

Avropa Azərbaycanlıları Konqresi aydınlıq gətirdi

Türkiyədə ABŞ səfirliyinə atəş açan daha bir nəfər  tutuldu
20.08.2018, 22:13

Türkiyədə ABŞ səfirliyinə atəş açan daha bir nəfər  tutuldu

Sələmə pul götürüb evini itirir - VİDEO
20.08.2018, 21:49

Sələmə pul götürüb evini itirir - VİDEO

“Kalaşnikov” yeni avtomat istehsal edəcək
20.08.2018, 21:34

“Kalaşnikov” yeni avtomat istehsal edəcək

Belarusda qeyri-adi təbiət hadisəsi - VİDEO
20.08.2018, 21:20

Belarusda qeyri-adi təbiət hadisəsi - VİDEO

İki milyard insan aclıqdan əziyyət çəkir
20.08.2018, 21:06

İki milyard insan aclıqdan əziyyət çəkir

İçməli sudan 1000-dən çox insan zəhərləndi
20.08.2018, 20:52

İçməli sudan 1000-dən çox insan zəhərləndi

Yüksək bal toplayan abituriyentlər üçün təlim düşərgəsi
20.08.2018, 20:41

Yüksək bal toplayan abituriyentlər üçün təlim düşərgəsi

Apteklərdən imtina edildi
20.08.2018, 20:26

Apteklərdən imtina edildi

“Neft Daşları”nda müşavirə
20.08.2018, 20:14

“Neft Daşları”nda müşavirə

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib
20.08.2018, 20:01

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib

Monteneqroda meşə yanğını başlayıb
20.08.2018, 19:53

Monteneqroda meşə yanğını başlayıb

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO
20.08.2018, 19:13

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı
20.08.2018, 19:02

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi
20.08.2018, 18:33

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi

Tramp: “İsrailin Məhəmməd adlı baş naziri olacaq”
20.08.2018, 18:19

Tramp: “İsrailin Məhəmməd adlı baş naziri olacaq”

ARXİV