Modern.az

Dollar BAHALAŞIR 

Dollar BAHALAŞIR 

İqtisadiyyat

3 May 2018, 10:34

Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bir müddət əvvəl 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən da aşağ düşüb:

 

“ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot stavkası ilə bağlı əvvəlki artım qərarları və eləcə də Avropa Mərkəz Bankının uçot stavkasını dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. Qeyd edək ki, Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir”.

 

Ekspert deyib ki, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür:

 

“Hələlik neftin qiymətində kəskin azalmalar müşahidə edilməsə də “qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azalması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suiya və İran ətrafında baş verənlər yüksək saxlayır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü