Modern.az

Binəqədidə Heydər Əliyev ANILDI

Binəqədidə Heydər Əliyev ANILDI

Aktual

3 May 2018, 15:12

2 may 2018-ci il tarixdə Binəqədi rayonunda yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, millət vəkilləri və media nümayəndələri iştirak edib.

 

Modern.az xəbər verir ki, Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova açılış nitqi ilə çıxış edərək, qonaqları salamladı və Ulu Öndər Heydər Əliyevin Siyasi Sənədlər Arxivi ilə bağlı xatirələrini bölüşdü.O bildirdi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ilk imzaladığı Sərəncamlardan biri məhz Siyasi Sənədlər Arxivinin yaradılması ilə bağlı olmuşdur və arxivin binası cənab Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı təmir edilib.

 

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, onu bütün dövrlərin ən böyük Azərbaycanlısı kimi xarakterizə etdi. Bu gün gənc nəslin hər bir nümayəndəsinə onun həyat və fəaliyyətini daha dərindən öyrənməyi tövsiyə etdi.

 

Çıxış edən millət vəkilləri Musa Qasımlı, Fəzail İbrahimli, Elman Nəsirov və digərləri  Ümummilli liderin həyat və fəaliyyəti, o cümlədən müasir Azərbaycanın müstəqilliyinin əldə olunmasında fədakar xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.

 

Növbəti çıxış üçün söz BRİH başçısının müavini Aygün Əliyeva verildi. A.Əliyeva bildirdi ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycan bölünmək, parçalanmaq təhlükəsindən qurtula bildi və bu əzmin, mübarizliyin təməlində Ulu Öndərin Azərbaycançılıq məfkurəsi dayanırdı. 90-cı illərin əvvəllərində müxtəlif qrupların radikal separatçılıq meyllərinin olmasına baxmayaraq, o qüvvələr Heydər Əliyev dühası qarşısında heç bir şey edə bilmədilər və bugünkü çiçəklənən Azərbaycan Respublikası bu təfəkkürün məhsuludur.

 

 

Tədbirin gedişində çıxış edən digər çıxışçılar da Ümummilli lider Heydər Əliyevin müxtəlif sahələrdə göstərdiyi əvəzsiz xidmətlərdən danışdılar.

 

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx təqdim edildi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür