Modern.az

Türkiyədə sərnişin avtobusu qəzaya düşdü, 3 ölü, 31 yaralı

Türkiyədə sərnişin avtobusu qəzaya düşdü, 3 ölü, 31 yaralı

Hadisə

1 May 2026, 09:24

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Modern.az yerli mətbuata istinadən xəbərinə görə, hadisə Balıkəsirdə qeydə alınıb.

Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, daha 31 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırma aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...