Modern.az

Azərbaycanlı ekspert həbsxanada öldü

Azərbaycanlı ekspert həbsxanada öldü

Aktual

1 May 2026, 09:32

İnformasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

Modern.az xəbər verir ki, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib. Məlumat sosial şəbəkədə ictimailəşdirilib.

Qeyd edək ki, İlqar Əliyev narkotik ittihamı ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında onun cəzası 4 ildən 3 ilə endirilmişdi.

İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib. Son dövlər isə informasiya texnologiyaları üzrə ekspert qismində çıxış edirdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ