Hindistanın Qucarat ştatındakı Narmada çayında turist qayığının qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, 15 nəfər itkin düşüb.
Modern.az "Hindustan Times"a istinadən xəbər verir ki, qayığın göyərtəsində 35-40 nəfər olub.
İlkin məlumata görə, qayığın qəzaya uğramasına səbəb artıq yüklənmə ola bilər. Həmçinin qayığını əlverişsiz hava şəraiti səbəbindən aşması versiyası da nəzərdən keçirilir.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.