Modern.az

Ağsaqqal sözünə həmişə ehtiyac var - Eldar İbrahimov

Ağsaqqal sözünə həmişə ehtiyac var - Eldar İbrahimov

Parlament

Bu gün, 10:25

1990-cı ildən rəsmi fəaliyyətə başlayan Azərbaycan Ağsaqqallar Şurasının bu ilin 23 aprel tarixində IX qurultayı keçirilib. 2020-ci ilin sentyabr ayında yeni tərkibdə formalaşan Ağsaqqallar Şurası mövcud ənənəyə sadiq qalaraq milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətimizdə geniş yayılması istiqamətində öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.
Bunu IX qurultayda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev hesabat məruzəsində bir daha xatırlatdı.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlandığı müraciətdə də Ağsaqqallar Şurasının fəaliyyətinə yüksək qiymət verilmişdi: “Sevindirici haldır ki, bu gün ağsaqqallar ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallar institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz kökünə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir”.

Hazırda Şuranın 81 şəhər və rayon təşkilatında 30 mindən çox üzvü var.

Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayında yenidən sədr müavini seçilən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Modern.az saytına danışıb.

O bildirib ki, son illərdə, xüsusilə Eldar Quliyevin sədrliyi dövründə Azərbaycan Ağsaqqallar Şurasının nüfuzu və görülən işlərin miqyası daha da artıb, beynəlxalq əlaqələr genişlənib, Türkdilli dövlətlərlə sıx əməkdaşlıq edilir.

- Eldar müəllim, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti nə üçün vacibdir?

- Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gənc nəslin mənəvi və fiziki sağlamlığının təmin edilməsi, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında ağsaqqal sözünə cəmiyyətimizdə həmişə ehtiyac olub, var və bundan sonra da olacaqdır. Ona görə də biz bundan sonra da vətəndaş cəmiyyətləri təsisatları sırasında xüsusi əhəmiyyətə malik Azərbaycan Ağsaqqallar Şurasında sıx birləşərək daha əzmlə çalışmalıyıq.

- Prezident İlham Əliyevin qurultaya ünvanlandığı məktubda ağsaqqalların fəaliyyətinin vacibliyi qeyd olunmuşdu. Şura bu edimadı davam etdirmək üçün fəaliyyətini hansı istiqamətlərdə qurmalıdır?

- Bəli, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qurultaya ünvanlandığı məktubda bu məsələ xüsusi olaraq önə çəkilmişdi. Cənab Prezidentin Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinə yüksək qiymət verməsi qurultay iştirakçıları tərəfindən məmnunluqla qəbul edildi.

Şübhəsiz ki, Şura özünün gələcək fəaliyyətində hörmətli Prezidentimizin dəyərli tövsiyələrini layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcək. Bununla əlaqədar Ağsaqqallar Şurasının IX Qurultayının nümayəndələrinin Prezidentə müraciəti də qəbul olundu. Müraciətdə deyilir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Milli mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqallar institutu hər zaman dövlətçiliyimizin dayaqlarından biri olmuş, milli birliyimizin, ictimai həmrəyliyimizin möhkəmlənməsinə xidmət etmişdir.

Biz əminik ki, Prezident İlham Əliyev cənablarının rəhbərlilə Azərbaycan bundan sonra da yeni-yeni zirvələr fəth edəcək, müstəqilliyimiz daha da möhkəmlənəcək, xalqımız firavan və təhlükəsiz həyat şəraitində yaşayacaqdır.

Öz sıralarında respublikamızın müdrik ağsaqqallarını, dəyərli ziyalılarını, görkəmli ictimai-siyasi xadimlərini birləşdirən Azərbaycan Ağsaqqallar Şurası bundan sonra da vətənimizin inkişafı naminə apardığınız işlərdə yaxından iştirak edəcək, özlərinin zəngin həyat təcrübəsindən, ictimai nüfuzundan və fəal vətəndaş mövqeyindən istifadə edərək gənclərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi ənənələrin qorunması, ictimai sabitliyin möhkəmləndirilməsi sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

- Qurultayda siz yenidən müavin təyin olundunuz. Azərbaycan Ağsaqqallar Şurasına sədrlik edənlər və Şuranın əhatə dairəsi barədə nə demək istərdiniz?

- Azərbaycan Ağsaqqallar Şurası 1989-cu ildə akademik İmam Mustafayevin təşəbbüsü ilə təsis edilib və 1990-cı ildə dövlət qeydiyyatına alınıb. İmam Mustafayev Şuraya 1989-1998-ci illərdə sədrlik edib. 1998-2012-ci illərdə Şuranın sədri akademik Budaq Budaqov, 2012-2020-ci illərdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov olub. 2020-ci ildən hal-hazıra kimi isə Şuraya Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev rəhbərlik edir. Adından da göründüyü kimi Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti yalnız Azərbaycan Respublikası ilə məhdudlaşmır, həm də xaricdə yaşayan azərbaycanlıları da əhatə edir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu