Modern.az

Ağcabədidə Dendrologiya bağının salınması təklif olunur

Ağcabədidə Dendrologiya bağının salınması təklif olunur

Ölkə

1 Dekabr 2009, 17:03

2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsini nəzərə alan meşəçi alim, Bakı Dövlət Universitetinin dossenti Allahverdi Doluxanov təkliflə çıxış edib. Modern.az saytına danışan alim qeyd edib ki, ölkənin meşə örtüyünü artırmaqdan ötrü Agcabədi ərazisində 500 hektarlıq dendrologiya bağı salınmalıdır: “Hesab edirəm ki, orada 450-500 növ ağac yetişdirmək olar. Bu, həm tarlaların suvarılması, küləkdən qorunması, həm də rütubətliliyi saxlamaqda böyük rol oynaya bilər. Özü də orada zeytun, itburnu, turş nar, söyüd və sairə ağac növləri əkməklə kifayət qədər gəlir əldə etmək olar”.

A.Doluxanov bildirir ki, Azərbaycanda ekologiya ilə bağlı ən böyük işləri mərhum akademik Həsən Əliyev görüb: “Ona görə də təklif edirəm ki, salınacaq bağa Həsən Əliyev adına Qarabağ Dendrologiya bağı adı verilsin”.

BDU-nun dossenti məsələnin həlli ilə bağlı o qədər də böyük vəsaitin lazım olmadığını və onun həlli üçün Ağcabədi rayonun rəhbərliyi ilə ilkin razılığa gəldiyini də deyib. 

Xatırladaq ki, Azərbaycanın meşə örtüyünün 95 faizini dağlıq ərazilər təşkil edir. Bu meşələr isə dünyada qəbul olunmuş birinci qrupa aiddir. Azərbaycanda 1 milyon 140 min hektar meşə örtüyündən təxminən 140 min hektarı düzənliklərin payına düşür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır