Modern.az

“BakuBus”dan piyadanın vurulması ilə bağlı AÇIQLAMA

“BakuBus”dan piyadanın vurulması ilə bağlı AÇIQLAMA

Aktual

23 May 2018, 15:10

“BakuBus” MMC mayın 22-də piyadanın vurulması ilə nəticələnən nəqliyyat hadisəsi barədə açıqlama verib.


Qurumun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 22 may saat 23:30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) qeydə alınıb.

 

“Piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına çıxıb və o, həmin nəqliyyat vasitəsinə dəyib. Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə zamanı qeydə alınmış görüntülər nəzərdən keçirilir”.

 

Rəsmi məlumata görə, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü