Modern.az

İstanbul boğazındakı körpü dövlət bayrağımızın rənglərində işıqlandırıldı

İstanbul boğazındakı körpü dövlət bayrağımızın rənglərində işıqlandırıldı

Aktual

28 May 2018, 11:02

İstanbul boğazındakı "15 iyul şəhidləri" körpüsü mayın 27-də gecə saatlarından səhərədək Azərbaycanın üçrəngli bayrağının rənglərində işıqlandırılıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, körpünün işıqlandırılması mayın 28-də də davam edəcək. Bu barədə razılaşma Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin Nəqliyyat, Kommunikasiya və Dənizçilik Nazirliyi arasında əldə olunub.

Qeyd edək ki, körpü ötən il də Azərbaycan bayrağının rənglərində işıqlandırılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü