11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Fərari gülləsinə tuş gələn qəhrəman polisin HƏYAT HEKAYƏSİ
Fərari gülləsinə tuş gələn qəhrəman polisin HƏYAT HEKAYƏSİ
03.06.2018, 15:06

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil dövlətin, hökumətin yaranmasının əsasını qoyub. Xalqımızın keçdiyi yol şərəfli və keşməkəşli olduğu kimi, Azərbaycan polisinin həyatı və fəaliyyəti də eyni xarakterli idi. Ölkəmiz sərt sınaqlara çəkilib, repressiyalara məruz qalıb, təxminən 70 il ərzində kommunist ideologiyasının birbaşa təsiri altında fəaliyyət göstərib. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan polisi bütövlükdə qarşısında duran vəzifələri layiqincə yerinə yetirib, ən çətin zamanlarda həmişə xalqın güvənc yeri olub, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi işini axsatmayıb.

 

Bu il iyulun 2-də 100 illiyi qeyd olunacaq Azərbaycan polisinin keçdiyi şərəfli, ziddiyyətli və tarixi yol haqqında görkəmli dövlət xadimi Heydər Əliyev bir vaxtlar belə deyib:

 

“Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir". 

 

İlk müstəqil polis qurumları

 
Rusiya və İran arasında gedən müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanan Gülüstan sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiyaya birləşdirildi. Məhz həmin vaxtlardan ölkəmizdə polis rəsmi orqan kimi fəaliyyətə başladı. Tarixi məlumatlara görə, ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini əhatə edib. O vaxt polis idarələri quberniya rəhbərliyinə tabe olub, xırda cinayət hadisələrinə baxmaqla, bir növ məhkəmə funksiyalarını da yerinə yetirib. Belə vəziyyət 1918-ci ilin aprelinədək davam edib. Daşnak Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti yarananda daxili işlər komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Caparidze onun ilk rəhbəri olub. 
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olub.

 

ADR dövründə DİN-in tabeliyinə Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri, Bakı şəhər upravasının polisi, Bakı xüsusi vergi polisi, Xəfiyyə polisi, Gəncə, Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və sair qəzaların polis idarələri daxil idi.

1920-ci ilin aprelində bolşevik Rusiyası XI Qızıl Ordunun vasitəsilə Azərbaycanı işğal etdi. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov oldu. Polisin adı dəyişdirilərək milis adlandırıldı. Pristavlar işdən götürülüb, onların yerlərinə komissarlar təyin olundu. O vaxtdan indiyədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini 20 nəfər tutub. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxıb və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilib.

Hazırda müstəqil Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovdur.

 

 

Qəhrəman polislərimiz

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, Daxili Qoşunların 511 nəfər hərbi qulluqçusu şəhid, 681 əməkdaş isə əlil olub. Daxili işlər orqanlarının 67 nəfər əməkdaşına "Milli Qəhrəman" fəxri adı verilib, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif ediib.

Ölkənin çətin dövründə xidmət edən qəhrəman polislərimizdən biri də polis veteranı Valeh Sadıqovdur. 1954-cü ilin may ayının 30-da Xızı  rayonunun  Zöhrabkənd kəndində ziyalı ailəsində anadan olan V.Sadıqov uşaqlıq illərini 1957-ci ilədək təbiətinin füsunkarlığı, gözəlliyi, saf havası və suyu ilə seçilən şimal bölgəsindəki Zöhrabkənd kəndində, 1959-cu ilədək isə Altıağac kəndində keçirib.

 

O, C.Cabbarlı adına 2 saylı  orta məktəbdə orta təhsi alıb. Zöhrabkənd kəndi Böyük Qafqaz dağ silsiləsinin cənub-qərbində, Xızı, Şamaxı, Quba, Siyəzən və Şabran (keçmiş Dəvəçi) rayonlarının əhatəsində olmaqla , Siyəzən şəhərindən 45 kilometr məsafədə, dəniz səviyyəsindən 2205 metr yüksəklikdə yerləşən “ Dübrar” dağının şimal ətəklərində yerləşir.

 Uşaqlıqda atası,əmiləri ilə at elində  gəzib dolaşdığı, sərin suyundan içdiyi “Qazan”, ” Qiblə” bulaqları, tamaşa etdiyi “Şəhərgah” xarabalığı ,”Əli daşı” və “Qara” göl hövzəsi, indi də onu özünə məftun edir. V. Sadıqov  ailə üzvlərilə birlikdə Siyəzən şəhərinə  köçüb, indiyə kimi də ona doğma olan bu şəhərdə yaşayır.

 

1973-79-cu illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin əyani gündüz şöbəsində  ali pedaqoji və ali hərbi təhsil alıb. 1979-83-cü ilin may ayınadək Şabran(keçmiş Dəvəçi) rayonun  Böyük Həmyə kənd  orta məktəbində müəllim və hərbi rəhbər vəzifələrində çalışıb.

Yeniyetmələrin və cəmiyyətin ictimai tərbiyəsi sahəsində çalışmaq, onları cinayətkarlıq yolundan çəkindirmək istəyi, Sadıqovun cinayət axtarış xidməti üzrə ştatdankənar inspektor kimi ictimai  fəaliyyətinə təkan verir. O, Şabran Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytnantı Sultan Sultanovun icazəsilə fəaliyyətə başlayır.

 

V.Sadıqov 1983-cü ilin mayından  Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında orta və böyük rəis heyəti vəzifəsində  xidmət edir. Elə həmin il Ukraynanın Kiyev şəhərində  DİN-nin Xüsusi Təlim- Tədris Məktəbində xüsusi təhsil alır. Polis orqanlarında  leytenant rütbəsində xidmətə  başlayan V.Sadıqov 1983-1991 və 2002-2003-cü illərdə Şabran RPŞ-də Yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişliyin rəisi, xidmət üzrə baş inspektor, 1991-1995, 1996-1997-ci illərdə Quba və Siyəzən Rayon Polis Şöbələrində Cinayət axtarışı-xətti üzrə əməliyyat və baş əməliyyat müvəkkili vəzifələrində çalışıb. O, 1991-1992-ci illərdə Şuşada, Azərbaycan respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında  iştirak edib, Qarabağ müharibəsi veteranıdır. 2004-2009-cu illərdə Siyəzən RPŞ-də Şəxsi heyətlə iş üzrə rəis müavini vəzifəsində şərəfli xidmət yolu keçib, polis polkovnik-leytenantı rütbəsindək yüksəlib və 2009-cu ilin iyul ayının sonunda istefaya buraxılıb.

 

Polis zabiti Valeh Sadıqov 1988-ci ilin Sumqayıt hadisələri zamanı ictimai asayişin mühafizəsində və şəxsi əmlak oğurluğu ilə məşğul olan şəxslərin tutulmasında, Zaqatala rayonunda axtarışda olan silahlı cinayətkarın yaxalanması üzrə keçirilmiş  xüsusi əməliyyat tədbirində (1991 sentyabr) və Siyəzən rayonu Beşdam kəndində fərarilik etmiş silahlı şəxsin tutularaq zərərsizləşdirilməsində yüksək fədakarlıq və peşəkarlıq  nümayiş etdirib. Polis orqanlarında işlədiyi dövr ərzində xidməti vəzifələrini nümunəvi yerinə yetirdiyinə,cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizədə həmişəfərqləndiyinə görə V.L.Sadıqov AR DİN-nin rəhbərliyi tərəfindən müxtəlif vaxtlarda,pul mükafatı ,  DİO-da “Əla xidmətlərinə görə” döş nişanı, DİO-da “Qüsursuz xidmətə görə” III və II dərəcəli medallarla , AR DİN-nin “Fəxri fərman”ı  ilə təltif olunub.

Nümunəvi  və səmərəli xidmətlərinə görə,Siyəzən  rayon əhalisi içərisində yüksək intizamı,peşəkarlığı,ədalətliliyi,prinspiallığı ilə seçilən V.Sadıqova  rayon icra hakimiyyətinin  və YAP rayon təşkilatının dəfələrlə “ Fəxri fərman”ları  ilə təltif olunub. Keçmiş polis DİO-dan istefaya buraxıldıqdan sonra icimai-fəal mövqeyini davam etdirir. O hazırda Şabran RPŞ-də polis veteranları şurasının sədridir.

 

 

1988-ci ildən başlayaraq ölkədə siyasi qarışıqlıq, səriştəsiz rəhbərik, hərc-mərclik, özbaşnalıq, qanunlara əməl olunmaması və s. bu kimi təzahürlər mövcud idi. İmperiya əsarətindən qurtulmuş və müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin möhkəmlənməsi, onun ərazi bütövlüyünün qorunması, ictimai təhlükəsizliyin təmin olunması sual altında qalmışdı. 20 Yanvar faciəsi, soydaşlarımızın əzəli torpaqlarından deportasiyası, qaçqın-köçkün düşmələri, iqdisadi çətinliklər ictimai həyata öz təsirlərini göstərirdi.

 

 “Boz qurd” və “OMON” dəstələrinin qanunsuz hərəkətləri yerlərdə faəliyyət göstərən təəssübkeşlərinin fəallaşmalarına səbəb olmuşdu.Yeni təşkil olunmuş Siyəzən şəhərində 24 min əhali yaşayırdı(ümumi isə əhali sayı 34 min idi).Qarabağda gedən döyüşləri,şəhidlərimizin günü-gündən artması,qaçqın-köçkünlər problemləri,daxili çəkişmələr,döyüş bölgələrində fərarilik və s.rayonda və digər bölgələrdə qanunsuz silahlı dəstələrin,qrupların, radikal meyilli təriqətçilərin fəallaşması polisin xidmətini olduqca çətinləşdirmişdi.

 

 

Ölkəboyu hərc-mərclik -polis xidmət göstərməkdə çətinlik çəkir

 

 

1988-ci ildən başlayaraq ölkədə siyasi qarışıqlıq, səriştəsiz rəhbərik, hərc-mərclik, özbaşnalıq, qanunlara əməl olunmaması və s. bu kimi təzahürlər mövcud idi. İmperiya əsarətindən qurtulmuş və müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin möhkəmlənməsi, onun ərazi bütövlüyünün qorunması, ictimai təhlükəsizliyin təmin olunması sual altında qalmışdı. 20 Yanvar faciəsi, soydaşlarımızın əzəli torpaqlarından deportasiyası, qaçqın-köçkün düşmələri, iqdisadi çətinliklər ictimai həyata öz təsirlərini göstərirdi.

 

“Boz qurd” və “OMON” dəstələrinin qanunsuz hərəkətləri yerlərdə faəliyyət göstərən təəssübkeşlərinin fəallaşmalarına səbəb olmuşdu.Yeni təşkil olunmuş Siyəzən şəhərində 24 min əhali yaşayırdı. Qarabağda gedən döyüşləri, şəhidlərimizin günü-gündən artması, qaçqın-köçkünlər problemləri, daxili çəkişmələr, döyüş bölgələrində fərarilik və s.rayonda və digər bölgələrdə qanunsuz silahlı dəstələrin,qrupların, radikal meyilli təriqətçilərin fəallaşması polisin xidmətini olduqca çətinləşdirmişdi.

 

Belə çətin şəraitdə DİN-nin rəsmi göstərişinə əsasən rəhbərlik polis kapitanı Valeh Sadıqovu Zaqatala rayonuna xidməti ezamiyyətə göndərilir. Polis zabiti 28 avqust 1991-ci ildə Zaqatala RPŞ-nə gəlir. Həmin vaxt oraya  İsmayıllı, Ağsu, Göyçay və digər polis şöbələrindən də ezamiyyətə gələn əməkdaşlar vardı. Təxminən 10 nəfərə yaxın Cinayət axtarışı və digər xidmət sahələrinin əməkdaşlarını şöbə rəisi, polis polkovniki Elşad  Zərbəliyev, DİN-in Cinayət-axtarış idarəsinin rəis müavini polis polkovniki  Hüseyn Həsənov, DİN-in  Əməliyyat  hissəsinin rəisi, polis mayoru Malik İslamov qəbul edir. Rəhbərlik, əməkdaşları son vaxtlar bölgədə baş vermiş  cinayət hadisələri barədə məlumatlandıraraq, rayon sakini, kriminal aləmdə yaxşı tanınan, əvvəllər dəfələrlə qərəzli xuliqanlıq, oğurluq cinayəti törətdiyinə görə ümumilikdə 8 il məhkumluq həyatı yaşayan, 1952-ci il təvəllüdlü Məhəmməd Cindarovun 1991-ci ildən CM-nin 207-ci maddəsinin 2-ci hissəsilə ( qərəzli xuliqanlıq hadisəsi törətdiyinə görə) təqsirli bilinərək axtarışda olduğunu deyir.

 

Rəhbərlik ətraflı tapşırıqlarını əməkdaşlara çatdırdıqdan sonra, DİN-in əməliyyat hissəsinin rəisi , polis mayoru Malik İslamov əməliyyat qrupunun rəhbəri təyin edilir. Bundan sonra əməkdaşlar mayor M.İslamovla birlikdə əlavə məlumatlandırılmaları üçün  şöbənin rəisi, polis mayoru Hikmət Nəcməddinovun xidməti otağında toplaşırlar. H.Nəcməddinov əməliyyat qrupunun əməkdaşlarını bölmənin baş əməliyyat müvəkkili, polis mayoru  Həsənağa Əliyevlə tanış edir, yerli şərait barədə ondan məlumatlar alınmasını məsləhət görərək, 10 iyul 1991-ci ildən vətəndaşlara qarşı qərəzli xuliqanlıq cinayəti törədərək, istintaqdan yayınan   cinayətkarın əlaqələri, gizlənə biləcəyi yerlər, həmçinin, əhəmiyyət kəsb edən digər məlumatlar verərək, onun fotoşəkillərini hamıya paylayır və əməkdaşlara xidmətdə uğurlar arzulayır...

 

Əməliyyat qrupunun üzvləri qrup rəhbəri ilə birlikdə “Ləzzət”istirahət   sanatoriyasının həyətindəki vaqonlarda qalaraq xidmətlərinə davam edirlər. Gündəlik görülən tədbirlər birlikdə müzakirə edilir və lazımi tapşırıqlar verilir. Xidmətin  7-ci günü, 7 sentyabr 1991-ci il, saat 19 radələrində sanatoriyaya yaxınlaşan  4 nəfərin arasında axtarılan Məhəmməd Cindarovun olduğunu görür. Polis onu tanıyıb dərhal yaxınlaşmaq istəyərkən, Cindarov silahlı müqavimət göstərir, xoşbəxtlikdən  heç kim xəsarət almır. O maşınlara məhəl qoymadan  yolu keçərək özünü hündürlükdən atsa daValeh Sadıqov, Malik  İslamov, Həsənağa Həbibov və digər əməkdaşlar Cindarovu zərərsizdəşdirirlər. Cinayətkar aldığı xəsarətdən yeriməkdə çətinlik çəkir, onun tutulması barədə rəhbərliyə dərhal məlumat verilir və polis şöbəsində müvafiq sənədləşmə aparıldıqdan sonra Məhəmməd Cindarovu Gəncədə yerləşən ərazi müvəqqəti təcridxanasına aparıb təhvil verirlər.

 

İstintaq dövründə M.Cindarova  AR CM-nin 120-ci maddəsinin 2-ci hissəsi, 189-1 maddəsinin 2-ci hissəsilə (soyuq silah gəzdirmə, polis əməkdaşına silahli müqavimət göstərməklə, zor işlətmək əməllərinə görə) əlavə ittiham elan  edilərək, Mingəçevir şəhər məhkəməsinin  1991-ci ilin noyabr qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilir. Azadlığa çıxdığı qısa müddət ərzində yenidən cinyaət törədərək, dəmir barmaqlıqlar arasına qayıdır. Cindarov bir növ həbsxanaya alışmışdı, azadlıq ona “dar” gəlirdi...

 

 

Beşdam  hadisəsi…

 

Bir neçə gün əvvəldən davam edən soyuq və şaxtalı hava elə bil Valeh Sadıqovun da izinə düşəcəyi ağır cinayət hadisəsini özü ilə gətirmişdi.

 

 

1993-cü il fevralın 15-i saat 09:00 radələrini göstərirdi. Siyəzən rayonunun Beşdam kəndindən polisə gələrək, həyəcanla imdad diləyən ata-Nəbi kişi oğlu Kərimin döyüş bölgəsindən silah-sursat oğurlayıb evə gətirdiyini, qısqanclıq zəminində ailə üzvlərini öldürəcəyi ilə hədələdiyini xəbər verir. Nəbi kişi polisə bu barədə məlumat verərkən həm də çox böyük qorxu keçirirdi.

 

Məsul növbətçi zabit Tofiq Bahadırov olanları şöbənin rəisi, polis polkovnik-leytenantı Ələsgər Əliyevə məruzə edir. Rəis Ə.Əliyev şikayətçi Nəbi kişini xidməti otağında , əməliyyat işləri üzrə rəis müavini polis mayoru Elman Tahirovun və şöbənin Cinayət Axtarışı Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Valeh Sadıqovun iştirakı ilə qəbul edir. Vəziyyət çox təhlükəli idi. Mövcud vəziyyət yubanmadan, təcili və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilməsini tələb edirdi.

 

Şəxsi heyətin toplanması üçün növbətçi hissədən təcili həyəcan siqnalı verildi. Yubanmaq, bir an gecikmək dəhşətli faciəyə səbəb ola bilərdi. Hadisənin ağırlığını nəzərə alaraq rəis Ə.Əliyev silahlı cinayətkarın tutularaq zərərləşdirilməsi üçün “yaxalama” xüsusi əməliyyat tədbirinin keçirilməsi barədə DİN-in  sturukturlarının müvafiq rəhbərlərindən icazə alır. Rayon prokuroru ədliyyə müşaviri Həsənağa Həbibov və prokururluğun əməkdaşları polis şöbəsinə dəvət edilir.

 

Şəxsi heyətə xüsusi vasitələr- MK tapançaları, AKM avtomat silahları , zirehli canqoruyucu, qandal, rezin dəyənək, hava rabitəsi telefonu, tüstü qumbarası, səsgücləndirici, gözyaşardıcı qaz balonu paylanılır. Təcili yardım üçün həkim briqadası dəvət edilir. Qonşu Şabran RPŞ-dən köməyə əlavə canlı qüvvə dəvət olunur.  1-4 sayda əməliyyat-axtarış və yaxalama qrupları təşkil olunur. Rəis müavini, polis mayoru Elman Tahirov 1-ci, CAX üzrə baş əməliyyat müvəkkili polis kapitanı Valeh Sadıqov 2-ci, CAX üzrə əməliyyat müvəkkili baş leytenant Gümhan Balabəyov 3-cü, sahə müvəkkili, baş leytenant  Məhəmməd Tağıyev isə 4-cü qrupun rəhbəri təyin edilir.

 

Rəis Ə.Əliyevin rəhbərliyi, rayon prokurorunun iştirakı ilə yaxlama-qrupları və şəxsi heyət saat 10.00 radələrində Beşdam kəndi ərazisində əvvəlcədən şərtləşdiyi kimi, silahlı cinayətkar Kərəm Nəbiyevin yaşadığı ev, giriş-çıxış yolları nəzarətə alır. Evin həyəti hər bir tərəfdən mühasirəyə alınır, magistral yolda hərəkət məhdudlaşdırılır, nəqliyyatın dənizkənarı ərazidə yerləşən Broyler quşçuluq fabriki yaxınlığından keçən yoldan istifadəsi təmin olunur.

 

Az sonra rəis müavini E.Tahirov tərəfindən qruplara hava rabitəsilə Kərəmin əlində AKM  avtomatı tutaraq, eyvanda həyəcanlı halda  gəzişdiyi, şose yoluna, dağa tərəf tez-tez boylandığı barədə məlumat daxil olur. Hamı vəziyyətin gərgin olmasına baxmayaraq, özünü çox təmkinli aparır və nəticəyə nikbin yanaşır…

 

Rəis ehtiyyatlı olmağı, atəş açmamağı, Kərəmin evdən dağa tərəf qaçmasına mümkün qədər imkan verilməsini, kənddən uzaqlaşmasına  şərait yaradılmasını tapşırır. Saat 10:30 radələrində  şaxtadan, küləkdən göz-gözü görmədiyi şəraitdə Kərəm dayanacağa doğru qaçaraq, dağa çəkilir və kəndə tərəf atəş açmağa başlayır. Əməliyyat qruplarının üzvləri tutduqları əlverişli mövqeydən istifadə edərək təqsirkarın başı üzərindən havaya  doğru yayındırıcı-qorxuducu atəş açırlar. Kərəm bu məqamda izləndiyini başa düşüb, dağın zirvəsinə doğru qalxmağa başlayır.

 

 

“Təslim ol, uzağa qaça bilməyəcəksən”

 

 

Şosse yolunun kənarında sərnişin dayanacağında əlverişli mövqe seçən birinci qrupun rəhbəri E.Tahirovun səsgücləndirici vasitəsilə “Təslim ol, uzağa qaça bilməyəcəksən”çağırışları Kərəmin həm də kənddən bir az daha uzaqlaşmasına, dağın zirvəsinə doğru çəkilməsinə şərait yaradır.

 

Asayiş keşikçiləri yolun Beşdam kəndi ərazisindən keçən hissəsində hərəkətin məhdudlaşdırılması üçün təhlükəsizlik tədbirləri görmüşdülər. BDYPİ-nin ƏYPT-nın Zarat postunda olan əməkdaşları keçirilən tədbirə cəlb edilmişdilər.

Ə.Əliyev avtobus dayanacağında əlverişli mövqe seçən ikinci qrupun rəhbəri V.Sadıqova göstəriş verir. Rəis yerli sakin Məmməd Hüseynovdan öyrəndiyi məlumatlar əsasında dağın zirvəsində görünən iri daşın arxasına bir qədər aralıdan çətin də olsa cığır olduğunu bildirir və təcili olaraq qrupun üzvləri ilə dağın zirvəsinə qalxıb daşın arxasında mövqe tutmağı tapşırır. V. Sadıqov qrupun digər üzvləri - əməliyyat müvəkkili, polis kapitanı Yəhya Nəzərovu, sahə inspektoru, polis baş leytenantı Çoban Süleymanovu və yerli sakin Məmməd  Hüseynovu  bir daha təlimatlandırıb birlikdə zirvəyə doğru hərəkətə başlayır.

“Yaxalama” qrupunun digər üzvləri hərdən atəş açaraq, cinayətkarın dağın zirvəsinə doğru qaçmasına şərait yaradır, kənd və şosse yolu  istiqamətində atəş açmasına imkan vermirdilər. V.Sadıqovun qrupu isə Kərəmi qəflətən qarşılamalı və tərkisilah etməli idi...

 

Təxminən saat 15:00 radələrində V. Sadıqov ratsiya vasitəsilə rəis Ə.Əliyevə “biz zirvədə iri daşın arxasında izləmə mövqeyindəyik. Lakin Kərəmin zirvəyə doğru hərəkətini görə bilmirik, hava çox dumanlıdır, şaxtalı külək əsir, qarı gözümüzə sovurur”, məruzəsini edir. Rəis onları zirvədə görmədiyini, Kərəmin uzaqdan izlənildiyini, zirvəyə yaxınlaşması barədə mütəmadi məlumat veriləcəyini, cinayətkarın silahlı müqavimət göstərəcəyi tədqirdə fiziki məhv edilməsi barədə icazə alındığını bildirir.

 

Qrup üzvləri zirvədə bir saata qədər gözləyir, Kərəmin zirvəyə doğru hərəkət etdiyi barədə məlumatları aldıqca ayıq-sayıqlığı bir az da artırırlar. Saat 16:00 radələrində Kərəmin əməliyyat qrupunun təxminən 40-50 metrliyində olduğu barədə məlumat daxil olur. Rəis təkrar-təkrar diqqətli, təmkinli olmağı tapşırır. Birdən həyəcanlı halda Kərəmin “görüş zonası”na daxil olduğunu deyərək, atəş açmağı və onu məhv etməyi tələb edir. V.Sadıqov cinayətkarın sağ ələ keçirilməsinin tərəfdarı idi. Ona görə də qrup üzvlərinə qorxuducu atəş açmağı, Kərəmi təslim olmağa çağırmağı əmr edir. Atəş qarşı tərəf müqavimət göstərəcəyi təqdirdə açılacaqdı… Qrupun gəldiyi ümumi qənaət belə idi.

 

Əməliyyat qrupunun rəhbəri Kərəmi görmək üçün daşın sol tərəfindən baxmağa çalışdığı ana cinayətkarın gülləsinə tuş gəlir. Əməliyyat müvəkkili sol ayağının bud nahiyyəsindən xəsarət alır. Amma yarasına baxmayaraq, qətiyyətlə Kərəmin başı üzərindən güllələr yağdırıb təslim olmasını tələb edir. Qrup üzvləri də ona dəstək olur.

 

 

Uğurlu əməliyyat və yaralı polis …

 

Kərəm ağlına gəlməyən, gözləmədiyi bir vəziyyətdə yaxalanmışdı. O, polislərin tez bir zamanda, özü də kəsə yollar dağın zirvəsinə qalxacaqlarını güman etməmişdi. Sadıqov onun avtomatını yerə atmasını görüb təxminən 15 metrlikdən üzərinə atılır. Atılır ki, qumbara işlətməsinə yol verməsin. Özlərini yetirən qrup üzvləri Çoban Süleymanovun və Yəhya Nəzərovun köməkliyi, vətəndaş Məmməd Həsənovun iştirakı ilə zirvədə, daşın yaxınlığında Kərəmi üzü üstə uzadaraq arxadan qollarına qandal vurur. Təxminən saat 17:00 radələrində əməliyyat başa çatır. Çoban Süleymanov rabitə ilə Kərəmin tərkisilah edildiyini, hər şeyin yaxşı qurtardığını, lakin V.Sadıqovun ayağından yaralandığını bildirir. Amma hadisənin təsirilə V.Sadıqov yaralandığının belə fərqinə varmır, ayağına güllə deyil, sanki tikan batdığını zənn edir. Amma ayağı, şalvarı qan içində idi. Bu yaraya rəğmən, Sadıqov rəhbərliyə məruzə edir, Kərəmi və onun üstündən  götürdükləri 2 ədəd F-1 əl  qumbarasını, 3 sandıq döyüş patronunu, 1 ədəd AKM silahı ilə digər müşayiət qrupunun üzvlərinə təhvil verir. Rəis, müavin, prokuror, digər əməkdaşlar Sadıqova əməliyyatı başa çatdırdığı üçün təşəkkür edərkən, yaralanması da onları məyus edir. Rəis Ə.Əliyev yaralını təcili yardım maşını ilə xəstəxanaya çatdırır. DİN-in rəhbərliyinə yaxalama əməliyyatının başa çatdırıldığı bildirilir. Əməliyyat ümumilikdə 7 saatadək davam edir.

 

Polis əməkdaşları Nəbiyev Kərəm Nəbi oğlunun evindən xeyli sayda silah-sursat, müxtəlif çaplı 103 ədəd pulemyot -112 ədəd  avtomat güllələri, 1 ədəd bağlı qutuda 700 ədəd avtomat patronu, AKM silahı üçün 5 ədəd ehtiyyat sandıq, 25 ədəd pulemyot və avtomat güllələri qablaşdırılmış  lentlər aşkar edilməsi ilə əlaqədar, rayon prokurorluğunda 15 fevral 1993-cü ildə AR CM-nin 191-1; 220-1; 242 “B” maddələri ilə (döyüşən ordudan  fərarilik, qanunsuz silah əldə etmə, saxlama və hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərərərk, bədən xəsarəti yetirmə faktları üzrə) cinayət işi başlanır, həbs qətimkan tədbiri tətbiq edilərək, məhkəmə tərəfindən psixi durumu ilə əlaqədar məcburu tibbi müalicəyə göndərilməsi üçün qərar çıxarılır. K. Nəbiyev 8 iyun 1994-cü ilə kimi Bakı şəhəri 1 saylı Psixonevroloyi xəstəxanada müalicə olunaraq evə buraxılır.

 

 

Əməliyyat sonrası ürəyi dayanan qanun keşikçisi

 

Səhəri gün hadisə yerinə baxış keçirmək, iş üzrə əhəmiyyət doğuracaq maddi sübutların götürülməsi və qanunda nəzərdə tutulan digər istintaq prosesual hərəkətlərinin yerinə yetirilməsi məqsədilə, prokurorluq və polis əməkdaşlarından ibarət əməliyyat- istintaq qrupunun  üzvləri  dağın  zirvəsindəki “ köhnə” kənd (köhnədi) ərazisinə qalxarkən təxminən saat 10.30 radələrində yolun yarısında  dağ yamacında  polis kapitanı Əlisahib Cabbarov ürək tutmasından  vəfat edir. Xəstəxanada bu barədə eşidən V.Sadıqov müalicəsini evdə davam etdirmək üçün isrsr edir. Həkim-cərrah Müslüm Səlimov polis əməkdaşının mətinliyini, dözümlülüyünü və xahişini nəzərə alaraq onu ambulator müalicəyə buraxır. Kriminogen şəraitin gərginliyini nəzərə alan  V.Sadıqov ağrılarına rəğmən, 15 günlük müalicədən sonra işə qayıdır.

 

Şöbə rəisi Ə.Əliyevin  rəhbərliyi ilə keçirilən müşavirədə  xüsusi əməliyyatın nəticələri müzakirə olunur və şəxsi heyətin hamılıqla xidməti vəzifəsinin icrasına məsuliyyətlə yanaşdığı qeyd edilir. Valeh Sadıqovun və Çoban Süleymanovun  silahlı cinayətkarın tutularaq zərərsizləşdirilməsində xüsusilə  yüksək peşəkarlıq və fədakarlıq göstərmələri qeyd edilir. Bir müddət sonra isə Valeh Sadıqov DİN-nin rəhbərliyinin, Çoban Süleymanov isə şöbə rəhbərliklərinin müvafiq əmrləri ilə mükafatlandırılır. Polis kapitanı Valeh Sadıqovun yüksək fədakarlığı qısa vaxt ərzində Bakı və şimal zonasına yayılır, polisin çətin və şərəfli peşəsi hər kəsə nümunə olaraq göstərilir…


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransada fövqəladə vəziyyət elan OLUNACAQ
10.12.2018, 23:45

Fransada fövqəladə vəziyyət elan OLUNACAQ

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
10.12.2018, 23:21

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü
10.12.2018, 23:11

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 
10.12.2018, 22:30

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 

Azərbaycanda qızıl və gümüş bahalaşdı
10.12.2018, 22:07

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Sabunçuda mənzildən qadın meyiti tapıldı
10.12.2018, 21:39

Sabunçuda mənzildən qadın meyiti tapıldı

Bu şəxslərin maaşı artdı
10.12.2018, 21:21

Bu şəxslərin maaşı artdı

Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var
10.12.2018, 20:58

Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi
10.12.2018, 20:45

Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi

İstanbulda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filmi nümayiş olunub - FOTOLAR
10.12.2018, 20:43

İstanbulda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filmi nümayiş olunub - FOTOLAR

Qubada orta məktəbdə baş verən yanğın söndürülüb
10.12.2018, 20:40

Qubada orta məktəbdə baş verən yanğın söndürülüb

Paşinyan: “Ermənistan NATO üzvlüyünə can atmır”
10.12.2018, 20:34

Paşinyan: “Ermənistan NATO üzvlüyünə can atmır”

Qar ABŞ-ı “dondurdu” - 276 min adam işıqsızdı
10.12.2018, 20:19

Qar ABŞ-ı “dondurdu” - 276 min adam işıqsızdı

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR
10.12.2018, 19:45

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR

Aeroport yolunda nəqliyyatın sıxlığı müşahidə edilir - BNA
10.12.2018, 19:34

Aeroport yolunda nəqliyyatın sıxlığı müşahidə edilir - BNA

Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA
10.12.2018, 19:20

Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA

Sabunçuda 3 otaqlı ev yanıb
10.12.2018, 19:03

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək
10.12.2018, 18:55

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək

Xətai rayonunun bu hissələrində qaz olmayacaq
10.12.2018, 18:48

Xətai rayonunun bu hissələrində qaz olmayacaq

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10.12.2018, 18:40

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO
10.12.2018, 18:33

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO

Daha 2 piyada yol qəzasının qurbanı oldu
10.12.2018, 18:25

Daha 2 piyada yol qəzasının qurbanı oldu

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib
10.12.2018, 18:17

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü
10.12.2018, 18:10

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”
10.12.2018, 17:59

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib
10.12.2018, 17:58

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı   
10.12.2018, 17:49

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı  

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10.12.2018, 17:48

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək
10.12.2018, 17:40

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Dillər Universitetində Heydər Əliyev anıldı
10.12.2018, 17:39

Dillər Universitetində Heydər Əliyev anıldı

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA   
10.12.2018, 17:37

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA  

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM
10.12.2018, 17:31

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir
10.12.2018, 17:28

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
10.12.2018, 17:24

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 
10.12.2018, 17:22

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
10.12.2018, 17:18

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Qaraçuxur və Əmircan susuz qalacaq
10.12.2018, 17:17

Qaraçuxur və Əmircan susuz qalacaq

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb
10.12.2018, 17:09

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı
10.12.2018, 17:07

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi
10.12.2018, 16:52

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi

“Nar” gənclərə karyera qurmaqda dəstək olur
10.12.2018, 16:45

“Nar” gənclərə karyera qurmaqda dəstək olur

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO
10.12.2018, 16:41

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək
10.12.2018, 16:41

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək

110 dövlət əmlakı özəlləşdirilir
10.12.2018, 16:37

110 dövlət əmlakı özəlləşdirilir

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO
10.12.2018, 16:30

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi
10.12.2018, 16:23

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi

Azercell könüllü gənclərlə həmrəy oldu
10.12.2018, 16:15

Azercell könüllü gənclərlə həmrəy oldu

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar
10.12.2018, 16:07

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar

Rufiz Qonaqovun kitabının təqdimatı oldu
10.12.2018, 16:07

Rufiz Qonaqovun kitabının təqdimatı oldu

Koçaryanın vəkili jurnalistə Azərbaycan dilində CAVAB VERDİ - VİDEO  
10.12.2018, 15:55

Koçaryanın vəkili jurnalistə Azərbaycan dilində CAVAB VERDİ - VİDEO  

ARXİV