Modern.az

İsrail ilk dəfə NATO-nun təliminə qatılacaq

İsrail ilk dəfə NATO-nun təliminə qatılacaq

Dünya

4 İyun 2018, 12:57

İsrail ilk dəfə NATO-nun Şərqi Avropa hərbi təliminə qatılacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “ Qılınc zərbəsi-18” adı verilən və 19 ölkədən 18 min əsgərin iştirak etdiyi təlim Polşada başlayıb. Təlimə bu il ilk dəfə NATO-ya üzv olmayan İsrail də qoşulub.

 

Məlumatda qeyd olunur ki, “ Qılınc zərbəsi-18” hərbi təlimi Polşa, Litva, Latviyadan start götürərək bu bölgədə bu qədər böyük miqyada ilk hərbi təlim olacaq. İsrail təlimi ikinci hissəsində iştirak edəcək.

 

Təlimə qatılan digər ölkələr ABŞ, İngiltərə, Fransa, İtaliya, Kanada, Litva, Latviya, Niderland, Makedoniya, Polşa, İspaniya, Rumıniya, Norveç, Çexiya və Norveçdir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü