Modern.az

Qardaşı yeni icra başçısının təyinatından DANIŞDI  

Qardaşı yeni icra başçısının təyinatından DANIŞDI   

Ölkə

6 İyun 2018, 20:27

“Cənab prezidentimiz İlham Əliyevin qardaşım Elxan Allahverdiyevi Binəqədi rayon icra başçısı təyin etməsi böyük etimaddır. Cənab prezidentimizə təşəkkür edirəm. Bu təyinatı çox xoş qarşıladıq. Ümid edirəm ki, Elxan müəllim üzərinə düşən işin öhdəsindən məmnuniyyətlə gəlməyə çalışacaq”.

Bunu Modern.az-a açıqlamasında Kapital Bank-ın sədri Rövşən Allahverdiyev qardaşı Elxan Allahverdiyevin Binəqədi rayon icra başçısı təyin olunmasına münasibət bildirərkən deyib.

 

Elxan Allahverdiyevin Fövqəladə Hallar Nazirliyində çalışmasına gəlincə, Rövşən Allahverdiyev bunun doğru olmadığını bildirib^

“Elxan Allahverdiyev heç vaxt Fövqəladə Hallar Nazirliyində çalışmayıb. Bəzi mətbuat səhifələrində yazılanlar doğru deyil. Elxan Allahverdiyevin sonuncu iş yeri tikinti şirkətində rəhbər vəzifə olub”.

 

Məlumat üçün bildirək ki, Binəqədi rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan Allahverdiyev 1960-cı ildə Bakıda doğulub. Bakı Dövlət Universitetini bitirib.

 

Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü