Modern.az

Tramp Məhəmməd Əlini ölümündən sonra əfv edə bilər

Tramp Məhəmməd Əlini ölümündən sonra əfv edə bilər

Dünya

8 İyun 2018, 18:52

ABŞ prezidenti Donald Tramp bildirib ki, vəfat edən boks üzrə dünya çempionu Məhəmməd Əlinin əfv olunması imkanlarını nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bununla bağlı The Independent məlumat yayıb. 

 

1967-ci ildə Vyetnama göndərmək üçün ordu sıralarına çağırılan zaman Əli orduda xidmət etməkdən boyun qaçırıb. Ona ringə çıxmaq qadağan edilib. Qadağa 1971-ci ildə ABŞ Ali məhkəməsi tərəfindən ləğv edilib.  

 

“Böyük səkkizlik” ölkələrinin sammitində iştirak üçün Kanadaya uçmazdan əvvəl Tramp deyib ki, Əlini işi ilə əlaqədar tövsiyyə hazırlayır. Onun sözlərinə görə, onda 3 min nəfərin adının olduğu əfv siyahısı var. 

 

Əfsanəvi boksçu 2016-cı ildə 74 yaşında vəfat edib. (oxu.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü