Modern.az

İndira Qandi aerportunda 5 azərbaycanlı həbs edildi

İndira Qandi aerportunda 5 azərbaycanlı həbs edildi

15 İyun 2018, 12:03

Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib.

Modern.az saytının məlumatına görə, bu haqda virtualaz.org Hindistan mənbələrinə istinadən xəbər verir.

Onlar qızıl qaçaqmalçılığında ittiham olunur. 

Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!