Modern.az

Makron Ərdoğanla  terrorla mübarizəni müzakirə edib

Makron Ərdoğanla  terrorla mübarizəni müzakirə edib

Aktual

16 İyun 2018, 23:12

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Suriyadakı son hadisələr, terrorla mübarizə və qaçqın məsələlərin yer aldığı danışıqda, regional problemlərin həlli zamanı ikitərəfli işbirliyinin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Ölkə başçıları, Türkiyə ilə Fransa arasındakı əlaqələrin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

 

Prezident Ərdoğan və Fransa prezidenti Makron iyunun 24-də Türkiyədə keçirilən seçkilərdən sonra da iki ölkə arasında six əlaqələrin olduğu səviyyədə qorunub saxlanmasında güclərini əsirgəmiyəcəklərini təsdiqləyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü