Modern.az

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

24 İyun 2018, 20:45

Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib. Modern.az APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir.

 

Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni simptomlar müşahidə olunur.

 

Toy şənliyinin qeyd olunduğu banket zalının nümayəndəsi kütləvi zəhərlənmənin onların obyektində baş verməsini təkzib edib.

Zəhərlənmənin dəqiq səbəbini ekspertiza müəyyən edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü