Modern.az

Fazil Məmmədovun həkimi Modern.az-a DANIŞDI: “Amerikada müalicə alır”  

Fazil Məmmədovun həkimi Modern.az-a DANIŞDI: “Amerikada müalicə alır”  

Aktual

28 İyun 2018, 13:13

Eks-vergilər naziri Fazil Məmmədovun səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.

Yaxın çevrəsindən Modern.az-a verilən məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Eks-nazirin Türkiyəyə aparılması məlumatlarını dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalın həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçerlə əlaqə saxlayıb.

 

S.Dinçer Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:

“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.

 

S.Dinçer Fazil Məmmədovun Amerikada müalicə aldığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok