Modern.az

Neft kəskin bahalaşacaq – Analitik mərkəzdən yeni PROQNOZ

Neft kəskin bahalaşacaq – Analitik mərkəzdən yeni PROQNOZ

İqtisadiyyat

4 İyul 2018, 13:49

“Morgan Stanley” şirkəti dünyada neft qiymətlərinin artacağını proqnozlaşdırır.

 

Modern.az şirkətə istinadən xəbər verir ki, bahalaşmasının İran, Liviya və Anqolada neft hasilatının azalmasına görə baş verəcəyi ehtimal edilir.

 

“Geosiyasi gərginlik və bəzi ölkələrdə hasilatın azalması qlobal neft bazarında hasilata ciddi təsir göstərəcək. Buna görə, 2018-ci ilin ikinci yarısında neftin 1 bareli 7,5 dollar bahalaşaraq 85 dollara çatacaq”-deyə hesabatda deyilir.

 

Qlobal bazardakı gərginliyə qarşı makroiqtisadi sabitliyin olmaması, Liviyada müharibənin bərpası, həmçinin ABŞ, Avropa və Çin arasında ticarət müharibəsinin başlanması da “qara qızıl”ın bahalaşma səbəbləri arasında olacaq.

 

Xatırladaq ki, bu gün üçün Brent markalı neftin 1 bareli 77,26 dollar təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü