Modern.az

Binəqədinin icra başçısı sakinlərlə bağlı tapşırıq verdi

Binəqədinin icra başçısı sakinlərlə bağlı tapşırıq verdi

Aktual

16 İyul 2018, 11:44

İyulun 14-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Şura iclasını açaraq, iclasın gündəliyini elan etmiş və giriş nitqi ilə çıxış edib.

 

Elxan Allahverdiyev öz nitqində 2018-ci ilin 1-ci yarımilində ölkəmizdə makroiqtisadi sabitliyin  qorunub saxlanıldığını, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 2 faiz, kənd təsərrüfatının 7,6 faiz, xüsusən də bitkiçiliyin 14 faizdən çox artdığını qeyd edib. Eyni zamanda rayonun sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd etmiş və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını verib.

 

Sonra Hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Su-kanal İdarəsinin rəisi Elnur Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsinin müdir müavini Rafiq İsayev çıxış etmişlər. Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev  yekun vurulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi