Modern.az

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır

Dünya

20 İyul 2018, 10:59

Bahalı, brend geyim markası “Burberry”-nin hər il milyonlarca dollar dəyərində malı endirimlə satmamaq üçün yandırdığı məlum olub.

 

Modern.az The Times nəşrinə istinadən xəbər verir ki, şirkət son beş ildə “yanlış əllərə keçməsin” deyə 116 milyon dollar dəyərində məhsulu yandırıb.

 

Tək keçən il şirkətin yanlış əllərə keçməsin deyə endirimlə satmamaq üçün 37,8 milyon dollar dəyərində məhsulu yandırıaraq məhv etdiyi  aydınlaşıb.

 

Bu göstəricinin 2014-cü ildə məhv edilən məhsulun 3 qatı olduğu məlum olub.

 

Qeyd edək ki, məhv edilən məhsulların içərisində geyimlə yanaşı gözəllik məhsulları da var.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!