Modern.az

İran Rusiyanı qınadı

İran Rusiyanı qınadı

Dünya

7 Avqust 2018, 18:39

ABŞ-ın İrana qarşı yeni sanksiyası bu dəfə iki müttəfiqə də təsirsiz ötüşməyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici işlər nazirliyi yeni bəyanatı ilə ABŞ-ın yeni sanksiyalarını qınadığını bildirib.

“BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərarları nəzərə almayan bütün birtərəfli sanksiyaları qınayırıq. ABŞ-ın İrana qarşı sanksiyaları yenidən işə salması ilə əlaqədar məyusuq” – bəyanatda qeyd edilir.

 

Buna baxmayaraq İran tərəfi Moskvanı atdığı addımlarla əlaqədar qınayıb.

İranın OPEC-dəki nümayəndəsi Hüseyin Kazımpur Ərdəbili Rusiyanın ABŞ-ın neft embarqosuna dəstək verdiyini bildirib.

“Rusiya və Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını artıraraq ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqonu dəstəkləyirlər” – Ərdəbili vurğulayıb.

 

Qeyd edək ki, ABŞ diplomatiyası İranı əsas neft alıcısı Yaponiyadan məhrum edib. Çin tərəfi ilə isə neft idxalı dayandırılmasa da onun artırılmayacağı ilə bağlı razılıq əldə olunub.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü