Modern.az

Gürcüstan paytaxtında yol çökdü

Gürcüstan paytaxtında yol çökdü

Dünya

7 Avqust 2018, 21:51

Avqustun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzindəki Çitadze küçəsində yol çöküb. Modern.az "Report"a istinadən xəbər verir ki, baş verən hadisədən xəsarət alan olmasa da, küçədə nəqliyyatın hərəkəti tam dayanıb.

 

Tbilisinin mərkəzi Rustaveli prospektinə bağlanan küçədə iki metr dərinlikdə və diametrdə dərin, qara çuxur yaranıb. Torpaq çökməsinə şəhərin bu hissəsindəki su-kanalizasiya sistemindəki nasazlığın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Tbilisi şəhər meriyası qəzanın tezliklə aradan qaldırılacağını bildirib. Məlumat üçün qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaxınlığında olan həmin küçə və ərazi xarici turistlərin ən çox qaldıqları yerlərdən biridir. Buradan həm Mtasminda parkına ("Dağüstü park), həm də digər mərkəzi küçə və meydanlara getmək olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü