Modern.az

Futbol fanatlarını daşıyan avtobus qəzaya düşdü, 12 nəfər öldü

Futbol fanatlarını daşıyan avtobus qəzaya düşdü, 12 nəfər öldü

Dünya

13 Avqust 2018, 11:04

“Barselona” klubunun fanatları avqustun 12-də ağır yol qəzasına düşüb.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, dəhşətli qəzada 12 nəfər ölüb, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin Ekvadorun Kuenki Quayakil yolunda baş verdiyi bildirilir.

 

“Bizim fanatların düşdüyü qəzanın son nəticələrinə görə 12 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Biz cəsədlərin tez qaytarılması üçün lazımi tədbirləri görürük” – deyə klubun prezidenti Xose Fransisko Çevallos qeyd edib.

 

Qeyd edək ki, digər fanatların həlak olanları yad etməsi üçün Klubun Quayakildəki ev meydançasında ölənlərin xatirəsinə müvəqqəti xatirə guşəsi yaradılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı