Modern.az

Koçaryanın azad olunması Yerevanı ayağa qaldırdı

Koçaryanın azad olunması Yerevanı ayağa qaldırdı

Dünya

14 Avqust 2018, 14:22

Apelyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Robert Koçaryanın mətbuat konfransı baş tutmayıb.

 

Modern.az Ermənistan mətbuatın istinadən xəbər verir ki, ikinci prezidentin vəkili Viktor Soqomonyan etirazçılara görə onun konfransa gələ bilmədiyini bildirib.

Onun sözlərinə görə ictimai fəallar Koçaryanın  öz fikrini ifadə etməsini istəmirlər.

“Baş verənlər mənim bir neçə gün əvvəl dediklərimi təsdiq edir. Bir az sonra biz bəyanatla çıxış edəcəyik” – vəkil bildirib.

 

Xatırladaq ki, azadlığa çıxdıqdan sonra mətbuat konfransı keçirəcəyini bildirən Robert Koçaryanı jurnalistlər bir saat ərzində gözləyiblər. Lakin bu zaman mitinq keçirən etirazçılar onun yenidən həbs olunmasını tələb ediblər.

“Salam Rob” lozunqu ilə çıxış edən etirazçılar hazırda Ali Məhkəmə Şurasının ofisinə üz tutublar.

Onlar Koçaryanı azadlığa buraxmış hakim Aleksandr Azaryanın istefasını tələb edirlər.

 

Qeyd edək ki, Konstitusion quruluşu devirmək maddəsi ilə ittiham edilən Ermənistanın ikinci prezidenti Robert Koçaryan apelyasiya şikayəti vermişdi. Onun Apelyasiya şikayətinə baxan hakim Aleksandr Azaryan avqustun 9-da müzakirələr üçün məsləhət otağına çəkilib. Avqustun 9-da məsləhətləşmələrə gedən hakim avqustun 13-də onun azadlığa buraxılmasına qərar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı