Modern.az

OPIC Azərbaycana 11 milyon dollar sərmayə qoyub

OPIC Azərbaycana 11 milyon dollar sərmayə qoyub

Aktual

17 Avqust 2018, 17:53

ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti David Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəhbərləri ilə görüşüblər.

 

Bu haqda Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfərin məqsədi ABŞ-ın regiona investisiyalarını təşviq etmək, tərəfdaşlıqları gücləndirmək, iqtisadi artım və sabitliyə aparan işgüzar əlaqələri dərinləşdirmək üçün imkanlar tapmaqdır.

"OPIC, təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır, - Bohigian deyib.

"Azərbaycan və regionda ABŞ-ın daha böyük investisiyaları üçün cəlbedici imkanlar mövcuddur. Bu investisiyalar özəl sektoru gücləndirərək daha yaxşı həyat və icmalar qurmağa kömək edir.

 

Şəffaflığın, davamlılığın, keyfiyyətin və yerli icma və ətraf mühitə hörməti təşviq edən investisiyalara sadiq qalmaqla Azərbaycan öz xalqı üçün müsbət bir yola sadiqdir.

Azərbaycan hökuməti bu yolla hərəkət etdikcə və hər iki ölkənin iqtisadiyyatına və xalqına fayda verəcək gələcək ABŞ investisiyaları üçün şərait yaratdıca biz Azərbaycan hökuməti ilə işləməyi həvəslə gözləyirik"-deyə əlavə edib.

ABŞ nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, “AzPromo” İnvestisiyaların Təşviqi Fondunun Direktoru Fuad Cəfərov və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Administrasiyasının rəhbəri Şamil Suleymanlı ilə görüşüb. Heyət ayrıca Amerika biznes liderləri ilə də görüşüb.

OPIC hazırda Azərbaycana 11 milyon dollar sərmayə qoyub. 2013-cü ildə OPIC, kənd və şəhər ərazilərində kreditlər verməsi üçün TuranBank-ın Kiçik və Orta Sahibkarlıq portfelinin genişləndirilməsinə 7, 5 milyon dollar həcmində kredit verib. Həmin kreditlərin çoxu fermerlərə və kənd təsərrüfatına fayda verib.

 

OPIC, ABŞ hökumətinin inkişaf maliyyə institutudur. Milli Təhlükəsizlik Strategiyasının bir hissəsi olaraq, Prezident Tramp canatan tərəfdaşların inkişafına kömək etmək, iqtisadi əlaqələri inkişaf etdirmək və Amerika maraqları üçün vacib olan bölgələrdə investisiyaların artırmaq üçün  ABŞ hökumətinin inkişafa yönəlik maliyyə vəsaitlərinə modernləşdirilmiş bir yanaşmasına ehtiyacını vurğulayıb.

 

Xarici Özəl İnvestisiya Korporasiyası (OPIC) Amerika şirkətlərinin inkişaf etməkdə olan bazarlara investisiya qoymasına kömək edən ABŞ-ın özünü idarə edən bir hökumət agentliyidir. 1971-ci ildə yaranmış OPIC, sahibkarlığa birbaşa xarici investisiyalarla əlaqəli riskləri idarə etmək, inkişaf edən bazarları olan ölkələrdə iqtisadi inkişafı sürətləndirmək və ABŞ xarici siyasətini və milli təhlükəsizlik prioritetlərini inkişaf etdirmək üçün vasitələr təqdim edir. OPIC ABŞ-ın bizneslərinə inkişafda olan bazarlarda yer almasına və yeni gəlirlərinin əldə olunmasına yardım edir, ölkədə və xaricdə gəlirlər, iş yerləri və inkişaf imkanlarını stimullaşdırır. OPIC investorların maliyyələşdirilməsini və siyasi risklərin sığortlanmasını təmin edərək və həmkinin özəl səhm investisiya fondları ilə tərəfdaşliq edərək öz missiyasını yerinə yetirir.

OPİC-in xidmətləri dünyanın 160-dan çox dövlətinə sərmayə yatızdırmaq istəyən yeni və inkişafda olan biznesləri üçün mövcuddur.

 

OPİK-in öz mallarına təyin etdiyi ödəmələr bazar reallıqlarina əsaslandığına görə onun fəaliyyətləri nəticəsində vergi ödəyənlər əlavə xərclər çəkmir. OPİC-in həyata keçirdiyi layihələr ən yüksək səviyyəli beynəlxalq təcrübəyə əsaslanır və Birləşmiş Ştatlarda iş yerlərinin itirilməsinə səbəb ola bilməz.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü