Arxiv
9 Sentyabr 2018, 17:58 | AKTUAL
Niyazi Bayramov Gəncədəki uşaq bağçaları ilə bağlı tapşırıqlar verdi

Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüşüb.

Modern.az xəbər verir ki, uşaq bağçalarındakı ümumi vəziyyətin öyrənilməsi məqsədi daşıyan görüşdə bir sıra məsələlərə diqqət çəkilib. Məlumat verilib ki, Gəncədə 42 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da cəmi 8-i tam təmirlidir. Digər 34 körpələr evi-uşaq bağçasında əsaslı təmir-tikinti işlərinə ehtiyac var. Bu binalarda istilik sistemlərinin nasaz vəziyyəti, avadanlıqların köhnə olması uşaqlarla təlim-tərbiyyə işinin müasir standartlar səviyyəsində qurulmasına maneəçilik törədir. Bunlarla bərabər, qida təminatı məsələsi də gündəmə çıxarılıb.

Bildirilib ki, qiymətlərin münasib olmaması və vaxtaşırı ləngimələrin yaşanması körpələr evi-uşaq bağçalarında qida normasının pozulmasına gətirib çıxarır ki, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Görüşdə Gəncədə körpələr evi-uşaq bağçalarına tələbatın yüksək olduğu, lakin pedoqoji kadrların çatışmadığı da dilə gətirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq bağçalarında işin müasir tələblər səviyyəsində qurulması üçün ilk növbədə sağlam psixoloji mühitin və valideynlərlə səmimi nümasibətin formalaşdırılmasının vacibliyini vurğulayıb. Dilə gətirilən problemlərin qısa zamanda həll olunması üçün aidiyyatı qurum və şəxslərə göstərişlər verib. Səslənən bir sıra təklif isə baxılması və dəyərləndirilməsi üçün qeydiyyata alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Qarabağla bağlı məsuliyyəti boynundan atır 23 Aprel 2019, 00:56 Yaponiyada 5,4 ballıq zəlzələ oldu 23 Aprel 2019, 00:29 Saxta manatı necə tanımalı? - FOTO 23 Aprel 2019, 00:13 Yevlaxda 14 yaşlı qız zəhərlənərək öldü 22 Aprel 2019, 23:48 Qazaxda orta məktəb şagirdi tələbəni qətlə yetirdi - YENİLƏNİB 22 Aprel 2019, 23:34 Makedoniyada seçkilərin II turu mayın 5-də keçiriləcək 22 Aprel 2019, 23:29 ABŞ-da təyyarə qəzası: 6 ölü 22 Aprel 2019, 23:14 Azərbaycanın BMT çərçivəsində hərbi əməkdaşlığı müzakirə edilib 22 Aprel 2019, 22:43 Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 22 Aprel 2019, 22:30 Sahibə Qafarova Şəmkirdə seçicilərlə görüşdü - FOTO 22 Aprel 2019, 22:13 İsmayıllıda fəhlə uçan divarın altında qalıb öldü 22 Aprel 2019, 21:57 Qazaxıstan nefti Bakı-Supsa boru kəməri ilə Qara dənizə çatdırılacaq 22 Aprel 2019, 21:42 Türkiyədən ABŞ-ın sanksiyalarına cavab 22 Aprel 2019, 21:29 Yaponiya və Çindən Azərbaycana gələn turistlərin sayı artıb 22 Aprel 2019, 21:13 Beş milyarder həbs olundu 22 Aprel 2019, 20:38 İstanbulda 4 mərtəbəli bina uçdu 22 Aprel 2019, 20:18 Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 22 Aprel 2019, 20:02 Zaqatalada dolu əleyhinə raket tapıldı - FOTO 22 Aprel 2019, 19:55 Gömrükçülər üçün təlimə start verildi - Foto 22 Aprel 2019, 19:46 ABŞ Poroşenkoya toxunmamaq göstərişi verib 22 Aprel 2019, 19:37 Bakıda orta məktəbdən oğurluq olub 22 Aprel 2019, 19:28 Təhsil işçiləri arasında futbol çempionatı - FOTO 22 Aprel 2019, 19:18 Nazirlik aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqladı 22 Aprel 2019, 19:09 “Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb 22 Aprel 2019, 19:00 BMU-da Nəsiminin 650-illik yubileyi qeyd olunub - FOTO 22 Aprel 2019, 18:50 Ermənistanın əhalisi iki dəfə azalacaq – BMT açıqladı 22 Aprel 2019, 18:42 BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub 22 Aprel 2019, 18:34 Fikrət Məmmədov: 51 icra məmuru vəzifəsindən azad olunub 22 Aprel 2019, 18:26 Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb 22 Aprel 2019, 18:18 Mirqafar Seyidov Bakı polisini topladı - FOTO 22 Aprel 2019, 18:10