Modern.az

Nazarbayev iş adamlarından tələb etdi - Hərəniz bir obyekt tikin"

Nazarbayev iş adamlarından tələb etdi - Hərəniz bir obyekt tikin

Aktual

2 Oktyabr 2018, 16:09

Qazaxıstan prezidenti Nursultan Nazarbayev iş adamlarına ölkənin Türküstan şəhərinin abadlaşdırılması tapşırığını verib.

 

Modern.az Qazaxıstan KİV-n istinadən xəbər verir ki, bu məqsədlə Nazarbayev müxtəlif iş adamlarına konkret obyektlərin tikintisini tapşırıb.

Beləliklə, şəhərdə mədəniyyət, tarix və incəsənət sahəsinə aid bir neçə kompleksin hər birinin tikilişi konkret bir iş adamına  həvalə edilib.

 

Şəhərin teatr binasının tikilişi iş adamı Aleksandr Beloviçə, Türk Xalqları Muzeyinin tikilişi milyarder Patox Şodiyevə, beynəlxalq standartlara cavab verən stadionun tikilişi Sauat Mınbayevə, Qazax xan, bəy və batırları mərkəzinin tikilişini iş adamı Aydın Rəhimbəyova tapşırıb.

 

Nazarbayev daha bir neçə şirkətlərə də ölkənin inkişafına qatqı verməkləri üçün bəzi komplekslərin tikilişi tapşırığını verib.

Qeyd edək ki, bundan əlavə ölkə prezidenti dövlət orqanlarına isə hava limanının və vağzalın tikilişini tapşırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı