Modern.az

ABŞ-da tarixin ən böyük silah oğurluğu gerçəkləşdi

ABŞ-da tarixin ən böyük silah oğurluğu gerçəkləşdi

2 Oktyabr 2018, 17:10

ABŞ-ın Tennessi ştatında ölkə tarixinin ən böyük silah oğurluqlarında biri yaşanıb.

 

Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, Memfis şəhərinin UPS təsisində sentyabrın 30-da 400 silah oğurlanıb.

 

İki nəfər U-Haul yük maşınından istifadə edərək bir gecədə 400 silahı oğurlamaqda şübhəli bilinir.

Alkoqol, tütün, odlu silah və partlayıcı maddələr Bürosu (ATF) oğurlanmış silahların sayının hələ ki tam dəqiqləşdirildiyini qeyd edib. ATF nümayəndəsi Maykl Nayt Assosiated Press  nəşrinə müsahibəsində hələ ki məlum olan sayın artıq bu oğurluq hadisəsini ölkə tarixinin ən böyük oğurluqlarından biri etdiyini bildirib.

 

Qeyd edək ki, Memfis polisi və ATF kameralara yaxalanmış həmin şəxslər haqda məlumata görə 5000 dollar mükafat təyin edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!