Leyla Yaşar qızı Abdullayeva Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbərinin vəzifələrini icra edən şəxs təyin edilib.
Bu haqda Modern.az-a XİN-dən məlumat verilib.
2002-ci ildən Xarici İşlər Naziriyində çalışan L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.