Modern.az

Şəhid ailələri ilə bağlı siyahılar Maliyyə Nazirliyinə təqdim olunacaq

Şəhid ailələri ilə bağlı siyahılar Maliyyə Nazirliyinə təqdim olunacaq

Aktual

8 Oktyabr 2018, 16:53

"Ayda iki dəfə şəhid ailələrinin vərəsəliklə bağlı müraciətlərinin müzakirəsi aparılacaq. Müzakirələrin sayından asılı olaraq həftədə bir dəfə belə müzakirələr aparıla bilər".

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ayda bir dəfə siyahılar Maliyyə Nazirliyinə təqdim olunacaq və vəsaitlər banka köçürüləcək:

"Şəhid ailələrinə birdəfəlik yardımın edilməsi üçün dövlət başçısı tərəfindən 58 milyon manat vəsait ayrılıb. Eyni proses növbəti ildə də davam etdiriləcək".


Şəhid ailələrinə birdəfəlik yardım edilməsi ilə bağlı ümumi sayın açıqlanmasına gəlincə, nazir bunun məxfi məlumat olduğunu vurğulayıb:

 

“Ödənişlərin ödənilməsi prosesini bu il və gələn il üçün nəzərdə tutmuşuq. Bu il müraciətlərin çox olacağı planlaşdırılıb. Ola bilsin ki, müraciətlərin yarıdan çoxu həyata keçirləcək".

O həmçinin qeyd edib ki, ölən şəxsin övladlarının sayına görə faiz ödəniləcək:

 

“Nazirlik tərəfindən birdəfəlik ödəmə ilə bağlı rüsum yoxdur. Yalnız notariusda dövlət rüsumları olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir