Modern.az

ABŞ-da silahlı insident: 4 ölü

ABŞ-da silahlı insident: 4 ölü

Dünya

14 Oktyabr 2018, 23:00

ABŞ-da növbəti dəfə silahlı insident olub. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb. Silahlı toqquşma sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində baş verib.

 

Ştatın İctimai Təhlükəsizlik İdarəsinin yaydığı məlumata görə, mərasimdə iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub. Onlar 20-dən 62 yaşadək kişilərdir. Bildirilir ki, ölənlərdən 3-nün eyni soyadı daşıması onların eyni ailənin üzvü olduqlarını göstərir.

 

Hadisə ilə əlaqədar 1 şübhəli saxlanılıb. Onun adı, həmçinin, atışmanın səbəbləri barədə məlumat verilmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü