Modern.az

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı

Aktual

15 Oktyabr 2018, 16:50

Azərbaycan istehsalı olan "Şollerin arxivi” və “Edam günü” bədii filmlərinin beynəlxalq festivallardakı uğurları davam edir.

 

Hər iki ekran əsəri Hindistanda keçirilən Lifft India Filmotsav film festivalında mükafat alıb.

 

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a bildirib ki, "Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ekranlaşdırılıb. "Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb. ABŞ-ın Kaliforniya ştatında yerləşən Hollivud Kino Mərkəzində keçirilən Qlobal Qeyri-zorakılıq Film Festivalının ən yaxşı mövzu mükafatına layiq görülüb.

Hindistanda "Lake City İnternational” film festivalında "Ən yaxşı film” kateqoriyasının qalibi olub. Birinci yerə çıxaraq kubok qazanan ekran əsərinin Hindistan bazarına çıxarılması üçün təklif gəlib və artıq müqavilə də bağlanılıb.



Qeyd edək ki, Şollerin arxivi” ilin sonuna qədər daha bir neçə beynəlxalq festivalda nümayiş olunacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir