Modern.az

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi

Dünya

16 Oktyabr 2018, 15:24

Rusiya Pravoslav Kilsəsinin Sinodu ötən gün Belarus paytaxtı Minskdə keçirdiyi iclasında tarixi qərar verib.

 

Həmin qərar Konstantinopol patriarxı Varfolomeyin Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya (müstəqillik) verilməsi ilə bağlı qərarından sonra Moskva ilə Konstantinopol arasında münasibətlərin tamamilə kəsilməsi barədədir.

 

Münasibətlərin tamamilə kəsilməsi 1054-cü ildə katolik və pravoslavların bölünməsindən sonra xristian aləmindəki ən böyük parçalanma hesab olunur.

 

Ukrayna kiləsinin Moskvadan müstəqil olmasına çalışan prezident Pyotr Poroşenko da artıq qərarı şərh edib. O, Konstantinopol patriarxlığının qərarına rus kilsəsinin reaksiyasını gözlənilən sayıb.

“Rusiya aqressiv imperiya siyasəti yürütməklə özünü bütün sivil dünyaya qarşı qoyub. Təəssüf ki, bu dəfə Rusiya kilsəsi də dünya pravoslavlığı ilə münasibətlərdə konflikt və özünü təcrid siyasəti aparır”.

 

Son aylarda Ukraynanın qərbində artıq 60 kilsə Rus Pravoslav Kilsəsinin tabeliyindən çıxaraq, yeni yaradılmış Ukrayna Pravoslav Kilsəsinin tabeliyinə keçib.

 

Qərar Rusiya Pravoslav Kilsəsinin məbədlərinin 30%-ni itirməsi demək olacaq. Həmçinin, Rusiyanın dünya miqyasında dini nüfuzunun xeyli zəifləməsinə yol açacaq.

Təsadüfi deyil ki, cümə günü Ukraynadakı hadisələrə görə Təhlükəsizlik Şurasının iclasını keçirən Putin də Ukraynada Moskva Pravoslav Kilsəsinə sadiqliyini saxlayan ziyarətçilərin və kilsə əmlakının bütün vasitələrlə qorunacağını deyib.

 

Rusiyalı din xadimi Andrey Desnitski baş verənlərin daha geniş siyasi mübarizənin tərkib hissəsi olduğunu düşünür.

“Rusiya dünya birliyindən ayrılaraq, könüllü təcridə doğru gedir. İndi biz eyni məqamı dini həyatda da görə bilərik: hamı pisdi, biz yaxşıyıq”.

 

Siyasi mübarizənin əksi olan bu bölünmənin gələcəkdə hansı effekt verəcəyini demək çətindir. Baş verənlər Kremlin Ukraynada ciddi nüfuz itkisi və Krımın ilhaqı, Donbasda müharibə fonunda əsrlər boyu qardaş adlandırdığı ukraynalılar ilə bütün mənəvi bağların itirilməsi deməkdir. Bu isə Rusiyanın beynəlxalq və regional aləmdə daha da təklənməsi və üzünü Şərqə sarı çevirməsi deməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı