Modern.az

Bakıda 12 qadının mobil telefonunu oğurlayan şəxs tutuldu

Bakıda 12 qadının mobil telefonunu oğurlayan şəxs tutuldu

Aktual

18 Oktyabr 2018, 12:58

Bakıda 12 qadının mobil telefonunu oğurlayan şəxs tutulub.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb.

Araşdırma aparılır.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı