Modern.az

“Lotu Quli” sərbəst buraxıldı

“Lotu Quli” sərbəst buraxıldı

Aktual

18 Oktyabr 2018, 14:34

Bu dəqiqələrdə Türkiyədəki qaynaqlardan əldə etdiyimiz məlumata görə "Lotu Quli" ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.

 

Modern.az virtualaz-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.

 

Məlumata görə məhkəmə "Lotu Quli"nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə "Lotu Quli" bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı