13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - “Azərbaycan dilində daha çox mütaliə edirəm” - Elmar Məmmədyarovla MARAQLI MÜSAHİBƏ  
“Azərbaycan dilində daha çox mütaliə edirəm” - Elmar Məmmədyarovla MARAQLI MÜSAHİBƏ  
04.11.2018, 12:34

“Bir çox insanlar kimi, mənim də hobbim var. Futbolu çox sevirəm - həm izləməyi, həm də oynamağı, lakin işlərimin çoxluğundan idmanla aktiv məşğul olmağa vaxtım qalmır”

“Nazir və ya digər yüksək vəzifələrdə işləmiş şəxslərin bilik və təcrübəsindən diplomatiya sahəsində istifadə edilməsi normal haldır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun adı bir neçə gündür medianın və sosial şəbəkələrin gündəmindən düşmür.

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə Elmar Məmmədyarovun ana dilində çıxışı zamanı bəzi  rabitəsiz ifadələr işlətməsi naziri ciddi tənqidlərə tuş edib. 
Bununla bağlı açılan müzakirələrdə Elmar Məmmədyarovu Azərbaycan dilini təmiz bilməməkdə qınayıblar.

Modern.az saytı Elmar Məmmədyarovla bağlı məsələnin gündəm olduğunu nəzərə alaraq, nazirin illər öncə (20 oktyabr 2006-cı ildə “525-ci qəzet”də) dərc olunmuş müsahibəsini oxuculara təqdim edir. Düşünürük ki, tanınmnış jurnalist İlhamə Qasımlının “Yeddi rəngli söhbət” layihəsində Elmar Məmmədyarovdan aldığı və nazirin portretini əks etdirən müsahibə oxucularımız üçün də maraqlı olacaq.

Qeyd edək ki, bu, xarici işlər naziri Elmar Məmmədyarovun şəxsi həyatından bəhs edən yeganə müsahibədir... Çap mətbuatında dərc olunmuş müsahibə internet mediasında ilk dəfədir yayımlanır...

- Cənab nazir, Sizi öz ranqınızda olan digər yüksək vəzifəli Azərbaycan məmurlarından fərqləndirən cəhət qərbsayağı ünsiyyətcil və sadəliyinizdir. Yerli mühitin ənənələrinə uyğun məmurlarla ünsiyyətiniz zamanı özünüzü “yad” adam kimi hiss etmirsiniz ki?


- Xoş sözlərə görə təşəkkür edirəm. Mən prezident İlham Əliyevin formalaşdırdığı praqmatik düşünən islahatçıların komandasında özümü yad adam hiss etmirəm.


- Çox məşğul nazirlərdənsiniz. Bunu görmək üçün mətbuat və televiziyanı izləmək kifayət edər. Şəxsi məsələlərə nə qədər vaxtınız qalır?


- Məşğul olub-olmamağım işlərdən asılıdır. Ölkənin xarici siyasəti ilə bağlı görəcəyimiz işlər çoxdur. Həqiqətən də şəxsi işlərə vaxtım o qədər də qalmır. Amma bu reallıqdır və bütün işləri 24 saatlıq zaman çərçivəsində çatdırmaq lazım olur.


- Ailənizə lazımi qədər diqqət ayıra bilirsinizmi?


- Ailə - hər bir azərbaycanlı kimi mənimçün də müqəddəsdir. Ona görə də iş qrafikim  nə qədər gərgin olsa da, istər-istəməz vaxt tapmaq məcburiyyətində oluram. Bir ailə başçısı kimi bunu özümə borc sayıram. Çünki ailəmdə iki oğul böyüyür, onlar isə elə yaşdadırlar ki, ata diqqətinə daha çox ehtiyacları var.

- Sizinçün formada qalmaq vacibdirmi? Yəni bununçün xüsusi idman məşqləri edirsiniz, yoxsa təbii naturanız belədir?


- Sizinlə razıyam. Formada qalmaq - vaxtının çoxunu iş masası arxasında keçirən və yaşı 40-ı keçmiş şəxs üçün çox vacibdir. Lakin işlərimin çoxluğundan idmanla aktiv məşğul olmağa vaxtım qalmır.


- Xarici səfərlərdən qayıdanda ailə üzvləriniz üçün hədiyyə seçimi edirsinizmi, yoxsa səfərləriniz adiləşdiyindən buna ehtiyac qalmır?


- Xarici səfərdən hədiyyə gətirmək nəinki yaxınlarıma, mənə də zövq verir. Çünki hədiyyə vermək əzizlərinə olan diqqət və qayğının göstəricisidir.


- Adətən, hədiyyə etmək üçün nə alırsınız?


- Mümkün qədər suvenirlər gətirməyə çalışıram.

- Hobbiniz varmı?


- Bir çox insanlar kimi, mənim də hobbim var. Futbolu çox sevirəm - həm izləməyi, həm də oynamağı. Lakin yenə də işin çoxluğu üzündən belə bir fürsət mənə tez-tez qismət olmur.


- Sevimli komandanız varmı?

- Sevimli komandam, təbii ki, Azərbaycan yığmasıdır. Yığmamızın qatıla bilmədiyi yarışlarda isə italyanlara pərəstişkarlıq edirəm. (Elmar Məmmədyarov nazir işləməzdən əvvəl Azərbaycanın İtaliyadakı səfiri işləyib-Modern.az.) 

 

- Mətbuat və televiziyada siyasətdən başqa, hansı mövzularla maraqlanırsınız?


- Mənə elə gəlir ki, nazirin maraq dairəsi digər bir Azərbaycan vətəndaşının maraq dairəsindən dar olmamalıdır. Ona görə də siyasi xəbərlər və onunla birbaşa əlaqədə olan iqtisadi xəbərlərlə yanaşı, ictimai və mədəni xəbərləri də izləməyə çalışıram.


- Sizə qarşı yönələn tənqidlərdən biri də Azərbaycan dilini mükəmməl bilməməyinizlə bağlıdır. Bu problemi aradan qaldırmaq üçün öz üzərinizdə necə işləyirsiniz?

- Hazırkı işimlə bağlı Azərbaycan dilində daha çox mütaliə edir, sənədlər, məktublar üzərində işləyirəm. Bu isə dilin praktiki cəhətdən təkmilləşdirilməsinə kömək edir.

- Heç, xarici ölkələrə səfərləriniz zamanı Azərbaycan üçün qeyri-ənənəvi sayılan mətbəx nümunələrini, misalçün Çin, yapon, Koreya və s. ölkələrin yeməklərini yemək məcburiyyətində qalmısınızmı?

- Bu məsələdə çox çətinlik çəkmirəm. Mütamadi xarici səfərlərdə olan diplomat kimi bütün yeməklərə öyrəşmişəm. Yapon mətbəxini isə çox sevirəm.

- Azərbaycan yeməklərindən hansları daha çox xoşlayırsınız?

- Kababları. 


- Erməni həmkarınız Vardan Oskanyanla (hazırda eks-nazir-Modern.az) adətən, hansı dildə danışırsınız?


- İngilis dilində danışırıq.


- Heç, onunla danışıqlardan kənar, qeyri-rəsmi söhbətləriniz olurmu? Bu zaman münasibətləriniz necə olur?


- Vardan Oskanyanla birbaşa söhbət üçün çox imkanlarım yoxdur. O ki qaldı çoxtərəfli forumlar çərçivəsindəki görüşlərə, burada hər şey diplomatik protokola uyğun olaraq həyata keçirilir - qarşılıqlı salamlaşma və s.

- Keçmiş nazirlərin diplomat kimi xaricə göndərilməsinə necə baxırsınız? Adətən, opponentlər belə təyinatları “diplomatik sürgün” kimi qiymətləndirirlər. Bəs, Sizin bu təyinatlara münasibətiniz necədir?


- Beynəlxalq təcrübədə peşəkar diplomatların səfir təyin edilməsi ilə yanaşı, “siyasi təyinatlar” praktikası da mövcuddur. Nazir və ya digər yüksək vəzifələrdə işləmiş şəxslərin bilik və təcrübəsindən diplomatiya sahəsində istifadə edilməsi normal haldır.

- Şəxsən Sizinçün səfir vəzifəsinə diplomatik fəaliyyətdən gələnlərlə, yoxsa nazir vəzifəsindən təyin olunmuş şəxslərlə işləmək daha asandır?


- Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə işgüzar münasibətlərim XİN-in fəaliyyətini tənzimləyən əsas sənədlər çərçivəsində həyata keçirilir. Bizim qarşımızda eyni məqsəd və vəzifələr durur - Prezident tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun uğurla həyata keçirilməsi.

- Bakıdakı daha nüfüzlü vəzifəsini itirməsindən ən azı narazı qalan keçmiş nazirlər diplomatik fəaliyyətlərində nə dərəcədə uğurla çalışa bilirlər?

- Səfir vəzifəsinə təyinat Prezident tərəfindən göstərilən yüksək etimadın bariz nümunəsidir. Səfirlər Azərbaycanı beynəlxalq arenada təmsil edirlər, bu isə çox çətin və şərəfli işdir.

- Gürcüstan NATO-ya üzvlüklə bağlı danışıqlar a aparır. Azərbaycanın bu sahədə perspektivlərini necə görürsünüz? Azərbaycanın beynəlxalq təşktlatlara inteqrasiyası prosesində xristian-müsəlman amilinin yaratdığı problemlər olurmu?


- Biz də qonşu Gürcüstan kimi NATO ilə ilkin «Sülh naminə tərəfdaşlıq» çərçivəsindən çıxmışıq və artıq müvəffəqiyyətli şəkildə «sərt» və «yumşaq» təhlükəsizlik sferalarını əhatə edən fərdi əməkdaşlıq planının tətbiqinə keçmişik. Xristian və müsəlman faktoruna gəldikdə isə bunun NATO ilə heç bir əlaqəsi yoxdur və Türkiyənin bu təşkilata üzv olması buna gözəl sübutdur. Əgər daha geniş kontekstdə nəzərə alsaq, sivilizasiyalararası əlaqələrin müvəffəqiyyətli inkişafını dəstəkləyərək qeyd etməliyəm ki, bu iki dünya dinlərinin nümayəndələri yalnız əməkdaşlıq vasitəsi ilə onların üzləşdiyi təhlükə və çağırışları ünvanlandırmaq üçün yol tapa bilərlər və belə də etməlidirlər.

- Azərbaycanın müxalifət liderləri xaricdəki səfirliklərimizin hakimiyyət nümayəndələri ilə müqayisədə onlara ögey münasibət göstərdiklərindən gileylidirlər. Söhbət rəsmi dövlət qeydiyyatından keçmiş partiyaların rəhbərlərindən gedir. Siz bu cür məlumatlara necə reaksiya verirsiniz?

- Gəlin öncə bu məsələyə aydınlıq gətirək. Azərbaycanın xaricdəki missiyası, səfirliklərin nizamnaməsinə əsasən, xaricdə olan Azərbaycanın rəsmi nümayəndə heyətlərinə hərtərəfli yardım göstərməlidir. Siyasi partiyaların nümayəndələrinə gəldikdə isə iqtidar və müxalifət yönümlü olmalarından asılı olmayaraq, öncə onlar Azərbaycan vətəndaşlarıdırlar. Bizim missiya Azərbaycan vətəndaşlarına heç bir fərq qoymur və qoya da bilməz. Onlara konsulluq sahəsində hər cür köməklik göstərilir. 

- “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi” ifadəsi filoloji baxımdan uyğunsuz səslənir. Siyasi baxımdan isə danışıqlarda Dağlıq Qarabağın da tərəf kimi tanındığı təəssüratı yaranır. Bu belədirmi?

- Biz heç vaxt “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ” münaqişəsi demirik və deməmişik. Biz “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ” münaqişəsi deyirik. Bu da münaqişənin məğzinə uyğundur. Bu münaqişə Dağlıq Qarabağ və onun ətrafında Ermənistan və Azərbaycanın arasında olan münaqişədir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş münaqişənin yalnız iki tərəfinin - Ermənistan və Azərbaycanın - mövcudluq faktını əks etdirir.

- İndiki halda hansı variant ədalətli sülhün bərqərar olunmasına təkan verə bilər? Çünki Azərbaycan tərəfi qətiyyətlə “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” bəyanatı ilə bir qarış torpağını da güzəştə getməyəcəyini bildirir. Rəsmi Yerevan da eyni qətiyyətlə işğal etdiyi torpaqlarımızı geri qaytarmayacağını bəyan edir.

- Biz tərəfdən cavabı deyə bilərəm. Bu sözlər yalnız ictimaiyyət üçün nəzərdə tutulmayıb. Bu həqiqətən də Azərbaycan tərəfinin prinsipial siyasətini özündə əks etdirir. Düşünürəm ki, Minsk qrupunun həmsədrlərinin də qeyd etdiyi kimi, məsələnin həllini danışıqlar yolunda axtarmaq lazımdır. Buna baxmayaraq, ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Biz bu prinsipdən dönməyəcəyik.

Münaqişənin həlli ilə bağlı nə dərəcədə optimistsiniz? Optimistliyiniz münaqişənin nə vaxtsa həll olunacağını düşünməyə əsas verirmi? Çünki artıq ictimai fikirdə belə təəssürat yaranıb ki, ATƏT-in Minsk qrupunun apardığı danışıqlar səmərəsizdir və verilən bəyanatlar daha çox ictimai fikrə hesablanır.

- Emosional sözlərlə heç nəyi qabaqlamaq istəmirəm. Danışıqların mövzusu  ciddidir və bu bizi realist olmağa vadar edir. Danışıqlar prosesində bu və ya digər görüş haqda məhz KİV tərəfindən əsassız yüksək gözləntilər cəmiyyətdə əhval-ruhiyyənin kəskin dəyişməsinə səbəb olur. Yəni əsaslandırılmamış optimizm özü pessimizmə və bununla da cəmiyyətin radikallaşmasına səbəb olur.


İlhamə Qasımlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

Fatih Terim əməliyyat olundu
12.11.2018, 19:39

Fatih Terim əməliyyat olundu

QTA-da sahibkarlarla görüşdü - FOTO
12.11.2018, 19:28

QTA-da sahibkarlarla görüşdü - FOTO

Prezident nazirliyə 3,5 milyon pul ayırdı
12.11.2018, 19:19

Prezident nazirliyə 3,5 milyon pul ayırdı

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi
12.11.2018, 19:10

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi

Slovakiyanın baş naziri Azərbaycana gəlib
12.11.2018, 19:02

Slovakiyanın baş naziri Azərbaycana gəlib

Azərbaycanda qaz abonentlərinin sayı artıb
12.11.2018, 18:53

Azərbaycanda qaz abonentlərinin sayı artıb

İnam Kərimov qəbul keçirəcək
12.11.2018, 18:44

İnam Kərimov qəbul keçirəcək

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 
12.11.2018, 18:35

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT
12.11.2018, 18:26

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT

Prezident biznes sahəsində fərqlənənləri təltif etdi - SİYAHI
12.11.2018, 18:15

Prezident biznes sahəsində fərqlənənləri təltif etdi - SİYAHI

Bərdədə yeni istixana istifadəyə verilib - Foto
12.11.2018, 18:11

Bərdədə yeni istixana istifadəyə verilib - Foto

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM   
12.11.2018, 18:04

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM  

Çaylarda mövcud vəziyyət AÇIQLANDI
12.11.2018, 17:58

Çaylarda mövcud vəziyyət AÇIQLANDI

Ermənistanın müdafiə naziri Azərbaycan Ordusunun irəlilədiyini ETİRAF ETDİ
12.11.2018, 17:48

Ermənistanın müdafiə naziri Azərbaycan Ordusunun irəlilədiyini ETİRAF ETDİ

Prezident və birinci xanım açılış ETDİ - YENİLƏNİB
12.11.2018, 17:36

Prezident və birinci xanım açılış ETDİ - YENİLƏNİB

Agentlik Təbriz və Həsənoğlu küçələrində işə başladı - VİDEO
12.11.2018, 17:29

Agentlik Təbriz və Həsənoğlu küçələrində işə başladı - VİDEO

QHT Şurasının rəsmisi tələbə-jurnalistlərlə görüşdü
12.11.2018, 17:27

QHT Şurasının rəsmisi tələbə-jurnalistlərlə görüşdü

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı
12.11.2018, 17:17

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı

Manatın sabahkı MƏZƏNNƏSİ
12.11.2018, 17:06

Manatın sabahkı MƏZƏNNƏSİ

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb
12.11.2018, 17:01

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb

Azərbaycanda yarım milyon manata gəmi satılır
12.11.2018, 16:43

Azərbaycanda yarım milyon manata gəmi satılır

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI   
12.11.2018, 16:35

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI  

Məhkumların əl işləri sərgiləndi - FOTO
12.11.2018, 16:25

Məhkumların əl işləri sərgiləndi - FOTO

Əli Məhərrəmzadənin
12.11.2018, 16:07

Əli Məhərrəmzadənin "Çovdar çörəyi" təqdim olunub  

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı
12.11.2018, 16:05

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı

ARXİV