Modern.az

ABŞ-ın ordu generalından Azərbaycanla bağlı mühüm AÇIQLAMA

ABŞ-ın ordu generalından Azərbaycanla bağlı mühüm AÇIQLAMA

10 Noyabr 2018, 10:18

Ötən gün ABŞ Ordu generalı ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Bakıya səfər edib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, General Layens Azərbaycan Prezidenti İlham Əliyev və  Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə naziriin müavini general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

 

Görüşdən sonra general Layens Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının çox sayda obyektləri ilə tanış olüb.

 

General Layens Azərbaycanın beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizədə verdiyi töhfələrə, Əfqanıstan və daha geniş coğrafiyada təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün gördüyü vacib işə görə ABŞ-ın Azərbaycanı yüksək dəyərləndirdiyini bir daha qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı