Modern.az

Veteran jurnalist xatirə medalı ilə təltif edildi - FOTO

Veteran jurnalist xatirə medalı ilə təltif edildi - FOTO

Media

11 Noyabr 2018, 20:12

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi təşkilatın fəal üzvü, veteran hüquqlarının müdafiəsində xüsusi əməyi olan keçmiş döyüşçü və az saylı döyüşçü jurnalist ordusunun nümayəndəsi Elşad Eyvazlını AVMVİB-nin təsis etdiyi xatirə medalları ilə təltif edib.


Modern.az xəbər verir ki, AVMVİB sədri Füzuli Rzaquliyev veteran jurnalist Elşad Eyvazlıya xatirə medallarını təqdim edərək onun təşkilatda və ölkənin ictimai həyatında fəal bir ictimaiyyətçi kimi tanındığını bildirib:


“Elşad Eyvazlı müharibədə silahı ilə sıralarımızda olduğu kimi, döyüşdən sonra da qələmi ilə, ictimai fəaliyyətiylə daim təşkilatla bağlı olub. İstər təşkilati məsələlərdə, istərsə də 2003-2005-ci illərdə "Fədai" qəzetinin araya-ərsəyə gəlməsində xüsusi əməyi olub. Hazırda ölkənin sayılıb seçilən Modern.az saytına rəhbərlik etməklə yanaşı, həm də Parlament Jurnalistləri Birliyinin sədridir. Öz yaradıcılığı ilə də Qarabağ dərdini dünaya tanıtdırmaqla da məşğul olub. Onun ərsəyə gətirdiyi "Böyüməyən uşaqlar" adlı sənədli və canlı şahidlərin gördükləri əsasında yazılmış əsər bir çox dillərə tərcümə olunaraq Xocalı faciəsinin əsil mahiyyətini oxuculara çatdıran dəyərli bir əsərdir. Elşad Eyvazlı, həm də AVMVİB üzvü kimi daim hər bir veteranın probleminin həll olunmasına çalışan bir veteranımız kimi təşkilat rəhbərliyinin yekdil qərarıyla "Milli Ordu-100" və "Müharibə veteranı" xatirə medallarıyla təltif edilir. Veteranımızı təbrik edir və fəaliyyətində uğurlar arzulayıram".

 

Daha sonra çıxış edən Elşad Eyvazlı onun fəaliyyətinə dəyər verdikləri üçün AVMVİB rəhbərliyinə öz minnətdarlığını bildirib: “Belə bir mükafatı döyüşçü qardaşlarımızdan almaq qürurvericidir. Bir veteran kimi bundan sonra da eyni ruhda öz fəaliyyətimi davam etdirəcəyəm və Azərbaycanımıza xidmət edəcəyəm”.

 

Daha sonra AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdürəhmanov və AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu da döyüşçü jurnalist Elşad Eyvazlını təbrik ediblər.

 

AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini V.Abdurəhmanov bir veteran kimi daim təşkilati məsələlərin həllində Elşad Eyvazlının göstərdiyi fədakarlıqları xüsusi vurğulayıb:
"Adicə bir xəbərdən tutmuş, veteranlarımızın problemlərinin təmənnasız olaraq işıqlandırılmasında olan xidmətlərini hər birimiz yaxşı bilirik. Ona görə bu təltifdən məmnunuq və ürəkdən təbrik edirik!".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır