Modern.az

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

15 Noyabr 2018, 15:59

HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidən qurma işləri aparılacaq.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi MaisAğayev bildirib.

 

O qeyd edib ki, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır:

 

“Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb”.

 

M.Ağayevin sözlərinə görə, bu işlər yekunlaşdıqdan sonra Nəqliyyat Mübadilə Mərkəzi qeyd edilən əraziyə köçürüləcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır