Modern.az

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

Aktual

21 Noyabr 2018, 09:08

“Kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlanır.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, artıq qanun layihəsinin ilkin variantı hazırdır.

Yeni qanun layihəsinin 5 fəsil, 21 maddədən ibarət olması nəzərdə tutulub.

Sənəddə kiçik və orta sahibkarlığın inkişafının əsas istiqamətləri öz əksini tapacaq.

Həmçinin sənəddə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması, dövlət adından onlara göstərilən xidmətlərin vahid elektron informasiya sistemləri vasitəsilə göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün əlverişli şəraitin yaradılması, sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması, biznes subyektlərinə dövlət xidmətlərinin vahid məkanda təşkil edilməsi nəzərdə tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü