Modern.az

Putin Makronla Kerç boğazındakı gərginliyi müzakirə etdi

Putin Makronla Kerç boğazındakı gərginliyi müzakirə etdi

Dünya

1 Dekabr 2018, 00:14

Argentinada keçirilən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında görüş olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, liderlər həmçinin Kerç boğazında yaşanan gərginliyə də toxunublar.

 

Məlumata görə, fransız lider görüşün keçirilməsindən məmnun olduğunu bildirib: “Xüsusilə bu məsələ Suriyadakı vəziyyətlə bağlıdır. İstanbuldakı görüşdən sonra durumun dəyişdiyini müşahidə etdik”.

 

 

Bundan əlavə, Fransa prezidenti Putinlə Minsk razılaşmasının öhdəliklərinin yerinə yetirilməsi, kibertəhlükəsizlik, eyni zamanda Avropada təhlükəsizlik arxitekturasının ümumi səviyyəsi ilə bağlı müzakirə aparmaq istədiyini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir